Muzeydə toy fotosessiyası neçəyə başa gəlir? - QİYMƏTLƏR
Son dövrlərdə küçədə, parkda, dəniz kənarında toy fotosessiyası etdirən cütlükləri görmək adi hal alıb.
Ancaq muzeylərdə də gəlin-bəy fotosessiyası etdirməyin mümkün olduğunu bilirdinizmi?
Azərbaycanda yeni olan bu təcrübə əvvəlcə muzeyşünaslar tərəfindən birmənalı qəbul olunmasa da, son vaxtlar ekspoziyanın qapılarını toy fotoqraflarının üzünə açan muzeylərimizin sayı artmaqdadır. Qeyd edək ki, bu icazə bütün muzeylərə şamil olunmur.
Oxu.Az bu məqsədlə ən çox müraciət olunan həmin muzeylərin toy fotosessiya qiymətlərini təqdim edir:
Milli Azərbaycan Tarixi Muzeyində toy fotosessiyasının qiyməti bir saatı 300 manatdır.
Ölkənin ən nüfuzlu muzeylərindən hesab olunan Azərbaycan Milli Xalça Muzeyində bu təcrübə yenidir və fotosessiyanın qiyməti 1 saatı 150 manatdır.
Milli İncəsənət Muzeyində qiymətlər Xalça Muzeyində olduğu kimi bir saatı 150 manatdır. Qeyd edək ki, İncəsənət Muzeyinə cütlüklər daha çox üz tutur. Bu da muzeyin ekspozisiyasının çəkiliş üçün daha münasib olması və rəsm əsərlərinin çoxluğu ilə bağlıdır.
"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğundan verilən məlumata görə, qoruq ərazisindəki muzeydə gəlin-bəy fotosessiyasının bir saatlıq qiyməti 300 manatdır.
Son dövrlərdə daha da məşhurlaşan "Suraxanı" gəmi-muzeyindən saytımıza bildiriblər ki, muzeydə toy fotosessiyası mümkündür, ancaq qiymət vaxta görə dəyişə bilir. Fotosessiya üçün isə təxminən 7-10 gün əvvəldən müraciət etmək lazımdır.
Qobustan Milli Tarixi-Bədii Qoruğunun Muzeyində isə konkret vaxt limiti yoxdur. Gəlin və bəy özləri üçün şəkil çəkdirmək istəyirlərsə, 25 manat ödəməkləri kifayətdir. Əgər çəkiliş reklam xarakterlidirsə, qiymətlər 300-500 manat arasında dəyişir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2045 Tarix: 10 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021