Qadın qulağındakı pambığa görə komaya düşdü
Rusiyanın Buryatiya bölgəsində bir qadın qulağını təmizlədikdən sonra komaya düşüb.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, 69 yaşlı xəstə başgicəllənmə, ürəkbulanma, qulaqdan irinli axıntı şikayətləri ilə xəstəxanaya müraciət edib. Müayinə zamanı həkimlər onun qulaq kanalında pambıq parçası aşkar ediblər.
Məlum olub ki, qadın qulağını təmizləyərkən pambığı orada unudub. Bir müddət sonra pambıq qulaqda çürüməyə başlayıb və infeksiya beyinə nüfuz edib.
Nəticədə yaşlı qadın iki ağır əməliyyat keçirməli olub. Hazırda qadının vəziyyəti yaxşıdır, o, komadan çıxıb. Ancaq hələ də danışa bilmir.
Həkimlər insanları evdə müalicə zamanı diqqətli olmağa çağırıb.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1755 Tarix: 15 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
11 oktyabrRubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabrLondon polisi Meqan və Harrinin təhlükəsizliyindən narahatdır
Böyük Britaniyada şahzadə Harri və həyat yoldaşı Meqan Marklın təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb. Axşam.az xəbər verir ki, bu barədə "RadarOnline" nəşri məlumat yayıb. London polisi hesab edir ki, cütlüyün istifadə etdiyi özəl mühafizə xidməti onların təhlükəsizliyini tam təmin etmə
10 oktyabrTürk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabr