Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır".
Oxu24.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, 500 manat pensiya alan şəxsin pensiyası 10 faiz artırıldıqda artım 50 manat olur, 2000 manat pensiya alan şəxsdə isə artım 200 manat olur.:
"500 manat alan şəxs 550 manat, 2000 alan isə 2200 manat alır. Deməli, indeksasiyadan əvvəl bu iki pensiya arasında 1500 manat fərq var idisə, eyni faizlə artımdan sonra fərq 1650 manata çatır, yəni, çox alanın nominal artımı daha çox artır və bu faiz kontekstində təbiidir. Diferensial indeksasiya tətbiq olunanda isə artım sürəti dəyişir. Tutaq ki, orta aylıq əməkhaqqı 1200 manat, indeksasiya isə 10%-dir. Bu halda 2000 manat pensiyanın 1200 manatlıq hissəsi 10% artır və 1320 manat olur. Qalan 800 manatlıq hissəyə 0,5 əmsalı tətbiq edilərsə, həmin hissə 5% artır və 840 manat olur. Nəticədə 2000 manat pensiya 2200 manata yox, 2160 manata yüksəlir. Yəni, fərq yenə artır. Amma əvvəlki kimi 150 manat deyil, 110 manat artır. Diferensial indeksasiyanın əsas məntiqi budur. Aşağı pensiya alanın artım faizini qorumaq və yüksək pensiyalarla aradakı fərqin daha sürətlə böyüməsini zəiflətmək. Bu proses hər il təkrarlandıqca nominal fərq də böyüyür. Halbuki aşağı pensiya alan şəxsin gəlirində ərzaq, kommunal xidmətlər, dərman və digər zəruri xərclərin payı daha yüksək olur.
Bu baxımdan diferensial indeksasiyanın iqtisadi və sosial məntiqi var. Aşağı və orta pensiyaların indeksasiyasını tam saxlamaq, daha yüksək pensiyalarda isə müəyyən həddən sonrakı hissəyə fərqli yanaşmaq gəlir fərqinin yalnız indeksasiya hesabına sürətlə genişlənməsini zəiflədə bilər. Bu yanaşma pensiya sisteminin maliyyə yükünü də müəyyən qədər azalda bilər. Eyni zamanda yaranan əlavə maliyyə imkanları gələcəkdə aşağı və orta məbləğdə pensiyaların daha yüksək səviyyədə indeksasiyasına yönəldilə bilər. Amma məsələnin digər tərəfi də nəzərə alınmalıdır. Yüksək pensiya alan şəxs əmək fəaliyyəti dövründə daha çox sosial sığorta haqqı ödəyibsə, onun qazandığı pensiya hüququ qorunmalıdır. Ona görə ən düzgün yanaşma aşağı pensiya alanları daha çox qorumaqla yanaşı, sosial sığorta prinsipini də pozmayan balanslı mexanizmin qurulmasıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8840 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Atlas Medical Center"in rəhbəri vəfat etdi
"Atlas Medical Center" klinikasının rəhbəri, iş adamı Hacı Nihat Əliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. N.Əliyev 49 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib
24 noyabr"Barselona" ilə oyuna görə metroda iş saatı uzadılacaq
Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni"
24 noyabrNazirlikdə Aparat rəhbəri oldu
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müvafiq əmr imzalayıb. Əmrə əsasən Elmin İsa oğlu Fərəco
23 noyabrSabah bütün sosial ödənişlərin verilməsi yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının noyabrın 25-də ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 noyabrTəhsildən praktikaya, icradan auditə
Azərbaycan İnnovasiya Mərkəzində novator memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturanın müəllifi olduğu "VR Standartları 2026" kitabının və rəqəmsal adaptiv erqonomik ölçü sisteminin təqdimatı keçirilib. "VR Global Group"un təşkilatçılığı və Azərbaycan İnnovasiya Mərkəzini
25 noyabrBDU-nun 9 fakültəsinə dekan seçiləcək - Siyahı
Bakı Dövlət Universiteti bəzi fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib. "Qafqazinfo" xəbər verir ki, müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu bu gündən başlayıb. Belə ki, iştirak etmək istəyənlərin sənədləri Təhsil Nazirliyi Kollegiyasının 2017-ci i
24 noyabrQarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama
Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr
23 noyabrAda Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı
Bakıda ağır qəzada həlak olan tanınmış aparıcı Ada Süleyman və tanışı Anar Kərimovun içərisində olduqları "Voyah" markalı avtomobilin son görüntüləri yayımlanıb. "Xəzər TV"ə istinadən xəbər verir ki, görüntülərdə qəza nəticəsində avtomobilin vəziyyəti əks olunub
24 noyabr