Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI

Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI2026-2027-ci tədris ilindən etibarən "Rəqəmsal məktəb" platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq.

Yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvanda 20 məktəb qoşulacaq. Beləliklə, ümumilikdə daha 194 məktəbdə "Rəqəmsal məktəb" platformasından istifadə ediləcək.

Platformanın tətbiqində əsas məqsəd təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəçiliyində müasir texnologiyalardan istifadəni genişləndirmək, şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında əlaqəni daha çevik və səmərəli təşkil etməkdir.

Yeni imkanlar çərçivəsində müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq. Bununla da kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması nəzərdə tutulur.

Bundan başqa, platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərdən də yararlana biləcəklər. Bu imkanların müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına, müasir texnologiyalardan daha səmərəli istifadəyə və tədrisin fərdiləşdirilməsinə xidmət edəcəyi bildirilir.

Şagirdlər platforma üzərindən müxtəlif tədris resurslarına çıxış əldə edəcək, dərs cədvəlləri ilə tanış olacaq və qiymətlərini elektron qaydada izləyə biləcəklər.

Valideynlər isə şəxsi kabinetləri vasitəsilə övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə biləcəklər. Bu, onların övladlarının təhsil prosesi və məktəbdəki fəaliyyəti barədə daha operativ məlumatlanmasına imkan verəcək.

Platformanın yeni regionlarda tətbiqi ilə daha çox məktəbin rəqəmsal həllərdən yararlanması və təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid rəqəmsal mühitdə təşkili hədəflənir.("Yeni Sabah")


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8780   Tarix: 11 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Atlas Medical Center"in rəhbəri vəfat etdi

"Atlas Medical Center" klinikasının rəhbəri, iş adamı Hacı Nihat Əliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. N.Əliyev 49 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib

24 noyabr
.

"Barselona" ilə oyuna görə metroda iş saatı uzadılacaq

Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni"

24 noyabr
.

Nazirlikdə Aparat rəhbəri oldu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müvafiq əmr imzalayıb. Əmrə əsasən Elmin İsa oğlu Fərəco

23 noyabr
.

Sabah bütün sosial ödənişlərin verilməsi yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının noyabrın 25-də ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 noyabr
.

Təhsildən praktikaya, icradan auditə

Azərbaycan İnnovasiya Mərkəzində novator memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturanın müəllifi olduğu "VR Standartları 2026" kitabının və rəqəmsal adaptiv erqonomik ölçü sisteminin təqdimatı keçirilib. "VR Global Group"un təşkilatçılığı və Azərbaycan İnnovasiya Mərkəzini

25 noyabr
.

BDU-nun 9 fakültəsinə dekan seçiləcək - Siyahı

Bakı Dövlət Universiteti bəzi fakültə və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib. "Qafqazinfo" xəbər verir ki, müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu bu gündən başlayıb. Belə ki, iştirak etmək istəyənlərin sənədləri Təhsil Nazirliyi Kollegiyasının 2017-ci i

24 noyabr
.

Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama

Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr

23 noyabr
.

Ada Süleymanın həlak olduğu qəzadakı avtomobilin son halı

Bakıda ağır qəzada həlak olan tanınmış aparıcı Ada Süleyman və tanışı Anar Kərimovun içərisində olduqları "Voyah" markalı avtomobilin son görüntüləri yayımlanıb. "Xəzər TV"ə istinadən xəbər verir ki, görüntülərdə qəza nəticəsində avtomobilin vəziyyəti əks olunub

24 noyabr
.

"T" formalı işıqforlar tıxac problemini azalda bilərmi? - EKSPERTDƏN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın hərəkətini sürətləndirmək məqsədilə avtobuslar üçün xüsusi "T" formalı işıqforların quraşdırılması planlaşdırılır. İlkin mərhələdə bu sistemin Üzeyir Hacıbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində tətbiqi nəzərdə tutulur. Yeniliyin əsas məqsədi avtobusları

24 noyabr