Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzib edilməsi, həmin məlumatların şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilməsi və dəymiş mənəvi ziyana görə 100 min manat pulun müğənnidə tutularaq iddiaçıya ödənilməsi tələbinə baxılıb.
Məhkəmə yekun qərarı elan edib və müğənninin qardaşının iddiasını qismən təmin edib.
Belə ki, qətnamədə əksini tapan Afət Fərmanqızı tərəfindən internet kanallarında (sosial şəbəkələrdə, "YouTube" kanallarında, "Telegram" və ya digər rəqəmsal platformalarda) işlədilmiş ifadələr Rəşad Şərifovun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilib.
Eyni zamanda, dəymiş mənəvi ziyanın əvəzi olaraq yeddi min manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manat müğənni Afət Fərmanqızıdan tutularaq Rəşad Şahyar oğlu Şərifova ödənilməlidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 149 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021