İran Azərbaycandan nə istəyir? - ŞƏRH

İran Azərbaycandan nə istəyir? - ŞƏRH"Son günlər İranın ölkəmizə qarşı təxribatları artmaqdadır. Bir neçə gün bundan əvvəl Gəncənin İran şəhəri, Nizaminin fars şairi olması ilə bağlı İran rəsmilərinin açıqlamaları, Azərbaycan İran sərhədində İran təyyarəsinin uçması bu fikri bir daha təsdiq edir. Əvvəl də qeyd etdiyim kimi, bir müddət bu təxribatlar müxtəlif formalarda davam edəcək. İranın Azərbaycanla bağlı müxtəlif plan və məqsədlərinin olması hamımıza məlumdur. Münasibətlər gərginləşməmişdən əvvəl də İranın rəsmi dairələri Azərbaycanla bağlı fikirlərini açıq bildirirdilər. Onların yanaşması belədir: Tarixdə Azərbaycan adında dövlət olmayıb və nə vaxtsa Azərbaycan yenidən İranın nəzarətinə keçəcək. Bu gün bütün təbliğat bu məsələnin üzərində qurulub. Hətta bu təbliğat o qədər güclü aparılıb ki, sənəddə Azərbaycanlı olan, ancaq düşüncəsi İrançılıq ideologiyası ilə zəhərlənən az olmayan sayda Azərbaycanlı bu zərərli fikrə dərindən inanıb. Onların düşüncəsinə görə çox az qalıb, yaxın vaxtlarda Azərbaycanda "Kərimə Dövləti" qurulacaq.
Səbəblərdən biri də bu gün Azərbaycanın müstəqil siyasət aparmasıdır. İran öz aləmində özünü bölgənin ağası hesab edir və düşünür ki, nə qədər absurd səslənsə də bölgədə atılan hər bir addım onunla razılaşdırılmalıdır. Bu baxımdan Azərbaycanın İranın Ermənistanla sıx əməkdaşlığına qəti etirazı da İran tərəfində ciddi qıcıq yaradır. Onlar Azərbaycanın bu etirazlarını həzm edə bilmirlər. İranın Azərbaycanda istədiyi digər bir məsələ İsraillə əməkdaşlığa son qoyulmasıdır. İran İsrail məsələsi ilə həm İrandakı, həm də Azərbaycandakı təbliğatında ciddi manipulyasiya edir. Davamlı olaraq bu fikir yayır ki, guya İsrailin Azərbaycanda hərbi bazaları var və bu bazalar İran üçün ciddi təhdidlər yaradır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib, əslində burada əsas məqsəd heç bir dövlətin əleyhinə yönəlməyən Azərbaycan – İsrail əlaqələrinin inkişafının qarşısını almaqdır.

"Azərbaycan dəfələrlə açıq şəkildə bildirib ki, heç bir dövlətə onun ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. İranın məqsədi başqa olduğu üçün Azərbaycanın bu açıqlamalarını qəbul etmir. İsrail Azərbaycan əlaqələrinə gəldikdə bu əlaqələr yuxarıda qeyd olunduğu kimi heç bir dövlətin əleyhinə yönəlməyib. Bu gün Azərbaycanın istənilən dövlətlə beynəlxalq hüquqa əsasən əlaqə və münasibət qurmaq hüququ var. İranın əsassız arqumentlərinə və məntiqsiz paralellərində gəldikdə isə bir daha bəyan edirik ki, Ermənistandan fərqli olaraq İsrail İranın torpaqlarını işğal etməyib. Azərbaycan İrandan fərqli olaraq İsraillə İran əleyhinə birləşməyib. Ancaq bu gün İran Ermənistanla Azərbaycan əleyhinə birləşib, ona hər cür dəstək, hətta silah belə verir. Bu məsələyə dair yüzlərlə fakt saya bilərik. Əgər İran düşünürsə ki, bu yalan təbliğat və təzyiqlərlə Azərbaycanın mövqeyin dəyişəcək və özünə tam tabe etdirəcək yanılır. Burada yanaşmasını və mövqeyini dəyişəcək bir ölkə varsa o da İrandır. İran müstəmləkə təfəkkürünə, digər ölkələrə yuxarıdan aşağı və xor baxmağa son qoymalıdır. Bunu etməyənə kimi münasibətlərin normallaşmasını gözləməyə dəyməz. İran tərəf bunu mütləq anlamalıdır. İndi Azərbaycan güclü dövlətdir. Eyni zamanda, Azərbaycanın hüquq mühafizə orqanları həddən artıq ayıq-sayaq olmalı, operativ privintiv tədbirlər həyata keçirməli, dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir. Çünki qarşı tərəf davamlı olaraq çevik və situativ addımlar ataraq əməliyyat şəraitini öz xeyrinə dəyişməyə çalışır və bəzi hallarda buna nail ola bilir. Odur ki, çox diqqətli olmalıyıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1421   Tarix: 16 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr