Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikası Milli Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikası Milli Şurasının sədri ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova martın ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Milli Məclisin sədri, Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi əlaqələrdən, ümumi dəyərlərdən danışıb, bu münasibətlərin bu gün də uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolunu qeyd edərək, qarşlıqlı səfərlərin bu münasibətlərə böyük töhfələr verdiyini diqqətə çatdırıb. Milli Məclisin sədri Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq əlaqələri, bu sahədə parlamentlərarası münasibətlərin özünəməxsus rolu barədə fikirlərini bölüşüb.

Spiker Sahibə Qafarova, Rusiya Federasiyası Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında mövcud olan ikitərəfli əlaqələr haqqında məlumat verib, qarşılıqlı parlamentlərarası dostluq qruplarının rolunu vurğulayıb.

Ötən ilin dekabr ayında Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun ölkəmizə səfərini və onunla keçirdiyi görüşü xatırlayan Milli Məclisin sədri, həmin səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsindən danışan Sahibə Qafarova, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması, hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şəraitin yaranması, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipi əsasında təkliflər irəli sürməsi, o cümlədən Laçın yolu ətrafında vəziyyət, Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında ətraflı məlumat verib.

Görüş üçün təşəkkürünü bildirən Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərov Dağıstan və Azərbaycan xalqlarının yaxınlığından, bölüşdükləri ümumi dəyərlərdən danışıb. O, Dağıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanda isə Dağıstanın böyük şairi Rəsul Həmzətovun 100 illik yubileylərinin keçirilməsinə hazırlıq getdiyini və bunun iki xalq arasındakı bağlılığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf etməsindən məmnunluğunu bildirib və Dağıstanın Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsinə böyük önəm verdiyini qeyd edib.

Parlamentlərin qarşılıqlı münasibətlərin inkişafında oynadığı roldan danışan qonaq, qanunvericilik sahəsində təcrübə mübadiləsinin daha yaxşı qanunlar yaratmağa kömək edəcəyinə inamını ifadə edib.

Zaur Askendərov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikası Milli Şurasının sədri ilə görüşüb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 846   Tarix: 16 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

7 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Çiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə

Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard

7 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr