"Paltarı yanmasa da, bədəni yana bilər" - "Nərmin işi"ndə ekspert DİNDİRİLDİ
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Sonxeber.az APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın meyitinə baxış keçirən ekspertlərdən biri - Tovuz rayonunun məhkəmə-tibb eksperti Nurlan Abbasov dindirilib.
Şahid ekspert meyitin müayinəsində şəxsən iştirak etdiyini desə də, müdafiə tərəfinin bir sıra suallarına "cavab verə bilmirəm", "cavab verməkdən imtina edirəm" cavabı verib.
Vəkillər ekspertə meyitin bir sıra hissələrinin kömürləşmiş hala kimi yandığı halda hadisə yerindən tapılan paltarın bir hissəsinin yanmaması ilə bağlı sual veriblər.
Nurlan Abbasov deyib ki, paltarı yanmadan da bədənin yanması mümkündür.
Dindirmə zamanı o da məlum olub ki, adı çəkilən ekspert İlkin Süleymanov həbs olunduğu ilk günlərdə onun özüylə bağlı da rəy verib. O, 2020-ci il yanvarın 11-də İlkin Süleymanov haqqında rəy verib və onun üzərində heç bir xəsarət olmadığını yazıb.
Lakin İlkin Süleymanovla eyni kamerada saxlanmış şəxslər ifadələrində onun bədənində çoxsaylı xəsarət izlərinin olduğunu bildiriblər.
Ekspert rəydə qeyd edib ki, İlkin Süleymanovu ekspertiza şöbəsində müayinə edib, onun üzərində xəsarətlər aşkarlanmayıb.
O, vəkil Zabil Qəhrəmanovun sualına cavab olaraq İlkin Süleymanovu Polis şöbəsində gördüyünü desə də, digər suallara cavab olaraq Polis şöbəsinə getmədiyini iddia edib.
Təqsirləndirilən İlkin Süleymanov ifadəsində deyib ki, 2020-ci il yanvarın 11-də polis şöbəsində olarkən eksperti onun yanına gətiriblər.
İlkin Süleymanovun "Əgər şəxsin üzərində gözlə görünən xəsarət varsa, amma özü döyülmədiyini deyirsə, siz rəydə onu qeyd edirsinizmi?" sualına ekspert "xəsarət varsa, yazırıq" cavabını verib.
Proses martın 29-da davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1248 Tarix: 16 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
7 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrTarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
8 noyabr