Yumurta bahalaşıb? - İstehsalçılardan AÇIQLAMA
Son günlər bəzi internet media resursları və sosial şəbəkələrdə Azərbaycanda yumurtanın bahalaşmasına dair əsası olmayan məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanda fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının birliyi olan Azərbaycan Quş əti, Yumurta istehsalçıları və İxracatçıları İctimai Birliyi (APEPEA) məlumat yayıb.
APEPEA idarə heyətinin sədri Mürvət Həsənli bildirir ki, bir sıra ekspertlər real vəziyyəti öyrənmədən yumurtanın "bahalaşması"nın səbəblərinə dair rəylər səsləndirirlər:
"Quş yumurtasının topdansatış qiymətlərində hər hansı dəyişiklik edilməyib. Mövcud topdansatış qiymətləri 2022-ci ilin oktyabrından dəyişməz olaraq qalır. Əksinə, bəzi market şəbəkələri Novruz bayramı ərəfəsində yumurtanın qiymətində 1-2 qəpik endirim tətbiq ediblər".
M.Həsənli vurğulayıb ki, Azərbaycanda hazırda yumurta istehsalında artım müşahidə olunur:
"Yerli quşçuluq müəssisələrinin istehsalı xeyli artaraq, daxili tələbatdan da yüksək səviyyəyə çatıb. Fevralın 7-də Nazirlər Kabineti yem və yem əlavələrinin idxalını gömrük rüsumundan azad edən qərar, fevralın 27-də isə Prezident İlham Əliyev yem və yem əlavələrinin idxalını bu ilin sonunadək ƏDV-dən azad edən fərman imzalayıb. Bu, ölkəyə idxal olunan əsas yem və yem əlavələrinin qiymətinin azalmasına imkan verir. Bu addımlara qarşılıq olaraq quşçuluq müəssisələri istehsal etdikləri məhsulların qiymətində hər hansı artıma gedilməməsi mövqeyindədirlər. Digər tərəfdən, yumurta istehsalının bol olduğu bir şəraitdə quşçuluq təsərrüfatları özləri də qiymətləri qaldırmaqda iqtisadi baxımdan maraqlı ola bilməzlər".
Birlik rəhbəri onu da bildirir ki, yumurta istehsalçıları ötən ildən bəri daxili tələbatdan artıq olan məhsulun xarici bazarlara çıxarılması prosesini işə salıblar:
"Yumurta ixracı hazırda da davam edir. Çünki istehsal yerli tələbatdan yüksəkdir, istehsalçılar bu fürsətdən yararlanırlar".
M.Həsənlinin sözlərinə görə, ola bilsin ki, ölkənin bəzi bölgələrində hansısa orta və kiçik marketlər bayramqabağı tələbatın artmasından istifadə edib qiymətləri qaldırıblar:
"Bakıda və regionlarda filialları olan böyük market şəbəkələrinin heç birində qiymət artımı yoxdur. Biz vaxtaşırı monitorinqlər edirik, xüsusilə belə həssas dövrlərdə sui-istifadəyə yol verilməməsinə çalışırıq. Çünki məhsulun topdansatış qiymətində hər hansı artıma gedilməyib. Sevindirici haldır ki, bir sıra iri market şəbəkələrində bayram münasibətilə yumurtanın qiymətində endirim edilib. Bu, yerli müəssisələrin məhsullarına aiddir. Ola bilər ki, xaricdən idxal edilən yumurtaların qiymətində artım var, bunun bizə - Azərbaycan quşçuluq müəssisələrinə heç bir aidiyyəti yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1037 Tarix: 16 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
7 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrBu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk
6 noyabrASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
7 noyabr"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
7 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabrÇiçək Gəraylıdan Zəfər Gününə mənəvi töhfə
Zəfər Gününün yaratdığı qürur və fəxarət hissi sənət adamlarının yaradıcılığında da öz əksini tapır. Çiçək Gəraylı Azərbaycanın tarixi Qələbəsinə həsr olunan duyğusal çıxışı ilə diqqət çəkib. O, videoda 8 Noyabr - Zəfər Gününün xalqımız üçün daşıdığı böyük mənəvi əhəmiyyəti və bu tarixi günün yaddaşlard
7 noyabrTarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
8 noyabr