Novruz bayramı ərəfəsində müxtəlif bölgələrdə hərbi qulluqçularla görüş olub

Novruz bayramı ərəfəsində müxtəlif bölgələrdə hərbi qulluqçularla görüş olubNovruz bayramı ərəfəsində Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Müdafiə nazirinin müavini-Quru Qoşunların Komandanı general-leytenant Ənvər Əfəndiyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, eləcə də Hərbi Prokurorluğun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu Vətənin müxtəlif bölgələrində yerləşən hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş iştirakçıları Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə məlum zəlzələ zamanı həyatını itirən şəxslərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Hərbçiləri Novruz bayramı münasibəti ilə təbrik edərək, onlara ən xoş arzularını ifadə edən Hərbi Prokuror Xanlar Vəliyev çıxışında bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın müdrik düşüncəsi və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Hərbi prokuror Xanlar Vəliyev həmçinin qeyd edib ki, ölkəmizin sürətli tərəqqisində və qazanılan ardıcıl uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Respublikamızın dinamik inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, son illər Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilib, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılıb, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılıb, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Vətən müharibəsindən bəhs edən Xanlar Vəliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyasından və yüksək sərkərdəlik məharətindən, Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyindən, xalqımızın əzmkarlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin qəhrəmanlığından danışaraq əldə olunan möhtəşəm tarixi qələbəni Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.

Çıxış edən digər şəxslər də bənzər məzmunda danışıblar.

Ardınca hüquqi maarifləndirici mövzularda çıxışlar olunub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların qayğı və problemləri ilə maraqlanılıb, birlikdə nahar edilib, hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.

Sonda Novruz tonqalları alovlandırılıb.
Novruz bayramı ərəfəsində müxtəlif bölgələrdə hərbi qulluqçularla görüş olubNovruz bayramı ərəfəsində müxtəlif bölgələrdə hərbi qulluqçularla görüş olubNovruz bayramı ərəfəsində müxtəlif bölgələrdə hərbi qulluqçularla görüş olubNovruz bayramı ərəfəsində müxtəlif bölgələrdə hərbi qulluqçularla görüş olubNovruz bayramı ərəfəsində müxtəlif bölgələrdə hərbi qulluqçularla görüş olubNovruz bayramı ərəfəsində müxtəlif bölgələrdə hərbi qulluqçularla görüş olubNovruz bayramı ərəfəsində müxtəlif bölgələrdə hərbi qulluqçularla görüş olubNovruz bayramı ərəfəsində müxtəlif bölgələrdə hərbi qulluqçularla görüş olubNovruz bayramı ərəfəsində müxtəlif bölgələrdə hərbi qulluqçularla görüş olubNovruz bayramı ərəfəsində müxtəlif bölgələrdə hərbi qulluqçularla görüş olub


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1101   Tarix: 17 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

7 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr