ABŞ-da 2021-ci ildə hamiləlikdən ölüm nisbəti 40% artıb
2021-ci ildə ABŞ-da hamilə qadınların ölüm nisbəti 2020-ci ilə nisbətən 40 faiz artıb.
Sonxeber.az xəbər verir ki, ABŞ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzlərinin (CDC) yeni məlumatları göstərir ki, ölkə daxilində hamiləlik və ya doğuş zamanı ağırlaşmalardan ölən qadınların sayı 2021-ci ildə əvvəlki illə müqayisədə 40 faiz artıb.
2020-ci ildə hər 100 min hamilə qadından 23,8-i, 2021-ci ildə isə hər 100 min hamilə qadından 32,9-u doğuş zamanı dünyasını dəyişib. 2021-ci il hamilə ölümlərin əvvəlki 4 illə müqayisədə ən çox artdığı il olub.
Həmçinin, qaradərili hamilə qadınların ölüm nisbəti 2021-ci ildə təxminən 2,5 dəfə yüksək olub. Məlumatlar üzə çıxarıb ki, həmin ildə doğuş zamanı ölən 40 və daha yuxarı yaşda olan hamilə qadınların nisbəti gənc hamilə qadınların nisbətindən təxminən 7 dəfə çoxdur.
Mütəxəssislər 2021-ci ildə bu artımda COVID-19 epidemiyasının təsirli olduğunu bildirirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1014 Tarix: 17 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
11 oktyabrTramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabrFransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
11 oktyabrZelenski: Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir. Zelenski əlavə edib ki, hadisə yerind
10 oktyabr