Hərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdə

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdəNovruz bayramı ərəfəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumların yüksəkrütbəli zabitləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən 30 ilə yaxın işğal altında olmuş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.
Hərbi Prokurorluqdan bildirilib ki, görüş iştirakçıları Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə məlum zəlzələ zamanı həyatını itirən şəxslərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Bundan sonra, Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun davam etdirən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlər üzrə qazandığı uğurlardan, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımızın hərtərəfli inkişafından, qüdrətli Azərbaycanın əzəmətinin daha da artaraq dünya ölkələri sırasında böyük nüfuz və söz sahibinə çevrilməsindən, Silahlı Qüvvələrimizin qüdrətindən bəhs olunaraq, qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib. Eyni zamanda, Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə xüsusi vurğulanmaqla, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.
Ardınca hüquqi maarifləndirici mövzularda çıxışlar olunub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların qayğı və problemləri ilə maraqlanılıb, hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.
Sonda Novruz tonqalları alovlandırılıb.
Hərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdəHərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdəHərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdəHərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdəHərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdəHərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdəHərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdəHərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdəHərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdəHərbi Prokurorluq işçiləri Novruz bayramı ərəfəsində hərbi hissələrdə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1077   Tarix: 18 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr