Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb
Türkiyənin istiqlal müharibəsi tarixində mühüm rol oynayan Çanaqqala zəfərinin 108-ci ildönümünə həsr olunmuş anım mərasimi çərçivəsində Çanaqqala Şəhidliyi ərazisində Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarətə açılıb.
Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin (ÇDGTBBİ) rəisi İsmail Kaşdemir iştirak edərək Azərbaycan abidəsinin önünə çələng qoyublar.
Xatırladaq ki, 24 aprel 2015-ci il tarixində Çanaqqala döyüşlərinin 100-cü ildönümü münasibətilə Çanaqqala Şəhidliyi Kompleksində keçirilmiş xatirə tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev komplekslə tanışlıq zamanı Çanaqqala döyüşlərində şəhid olmuş azərbaycanlı döyüşçülərin xatirəsinin Çanaqqala Şəhidliyi Kompeksində əbədiləşdirilməsinə dair Azərbaycanın müvafiq dövlət qurumlarına göstəriş verib.
Tədbirdə səfir Rəşad Məmmədov çıxış edərək Azərbaycan - Türkiyə qardaşlığının tarixin çətin sınaqlarından uğurla çıxdığını qeyd edib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təlimatına uyğun olaraq inşa edilmiş bu abidənin ölkələrimizin birliyinin, həmrəyliyinin simvollarindan biri olacağına əminliyini ifadə edib.
ÇDGTBBİ rəisi İsmail Kaşdemir çıxışında Çanaqqala döyüşünün Türkiyə tarixində roluna toxunub, hər il keçirilən anım mərasiminin Türkiyə Respublikasının 100 illiyinin qeyd olunduğu 2023-cü ildə xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Türkiyə rəsmisi Azərbaycan abidəsinin Şəhidlik Kompleksinin ən gözəl yerində olduğunu vurğulayıb və bu abidənin iki dövlət arasındakı qardaşlığa töhfə verəcəyinə inamını dilə gətirib.
2022-ci ilin dekabr ayında Çanaqqala Savaşları Gelibolu Tarixi Sahəsində ayrılmış ərazidə təməli qoyulan Azərbaycan Şəhidləri Abidəsi Çanaqqala Şəhidlər Abidəsinə 500 metr məsafədə yerləşir və Azərbaycan şəhidləri üçün ayrılan ərazi ümumilikdə 1960 metr kvadrat ərazini əhatə edir.
Abidə layihəsinin eskizi Prezident İlham Əliyevin tapşırığı ilə azərbaycanlı heykəltəraşlar tərəfindən hazırlanıb. Heykəltəraş Tural Rzaquliyevin layihəsinə əsasən, Bakıda hazırlanmış və milli ornamentlərin əks olunduğu 1800x1900 mm ölçülü bürünc barelyefdə çiyin çiyinə vuruşan Azərbaycan və Türkiyə əsgərləri təsvir edilir. Barelyef 3 metr yüksəkliyindəki postament üzərində yerləşir və abidə onu tamamlayan sütunla birlikdə ümumi 13 metr hündürlükdədir. Abidənin rəsmi açılış mərasiminin daha sonrakı tarixlərdə keçirilməsi nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama