Putinin həbs qərarına dünyadan reaksiyalar – "Qərb sona qədər gedəcəyini göstərdi"
Avropa İttifaqının (Aİ) xarici işlər komissarı Josep Borrell Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarını alqışlayıb. "AzPolitika.info" xəbər verir ki, diplomatın fikrincə, Vladimir Putinin həbsinə dair order Rusiyanı Ukraynaya qarşı törətdiyi cinayətlər və vəhşiliklərə görə cavab verməyə aparan yolun yalnız başlanğıcıdır.
Aİ-nin Rusiyadakı Nümayəndəliyinin teleqram kanalında deyilir: "Biz BCM-nin fəaliyyətini yüksək qiymətləndirir və dəstəkləyirik. Cəzasızlıq ola bilməz".
ABŞ Prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin qərarını əsaslı adlandırıb. Bayden deyib ki, Putin açıq-aşkar müharibə cinayətləri törədib. O, məhkəmənin qərarını qətiyyətli mövqe hesab edib. Qeyd edək ki, ABŞ da Rusiya kimi, BMC-nin səlahiyyətlərini tanımır.
Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tvitter hesabında yazıb ki, müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb edilməlidir. Diplomat araşdırmaların davam etdiriləcəyinə ümid etdiyini bildirib.
Öz növbəsində Ukrayna Prezidenti Vladimir Zelenski BCM-yə prinsiplərə sadiqliyinə və günahkarları həqiqətən də məsuliyyətə cəlb etməyə hazır olduğuna görə təşəkkür edib.
"Terrorçu dövlətin ali liderinin əmri olmadan belə bir cinayət əməliyyatını həyata keçirmək mümkün olmazdı", - Zelenski vurğulayıb.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da BCM-nin qərarını alqışlayıb.
"Cinayətkarlar uşaq oğurluğu və digər beynəlxalq cinayətlərə görə məsuliyyət daşıyacaqlar", - nazir tvitter hesabında yazıb.
Serbiya prezidenti Aleksandar Vucic məhkəmə qərarını şərh edərkən, Rusiya ilə Ukrayna arasında münaqişənin daha da genişlənməməsini təklif edib, " lakin Qərb bununla sona qədər gedəcəyini göstərdi".
Eyni zamanda, BMT Baş katibinin nümayəndəsi Stefan Dujarrik Əl-Cəzirə müxbiri ilə söhbətində qeyd edib ki, təşkilatın rəhbəri Antonio Quterreş problemin həlli üçün danışılması lazım olan hər kəslə dialoqu davam etdirəcək.
Human Rights Watch beynəlxalq insan haqları təşkilatı həbs orderlərinin verilməsini cinayət əməlləri törədən bütün şəxslərə xatırlatma adlandırıb.
"Rətbə və vəzifələrindən asılı olmayaraq, onların hər biri gec-tez məsuliyyətə cəlb oluna bilər", - təşkilat tvitter hesabında yazıb./AzPolitika.info
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1836 Tarix: 18 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrErmənistanda hərbçi güllələnərək öldürülüb
Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd
10 oktyabr"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy
11 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabrƏrəblərin milyonlarla dollar xərclədiyi 5 lüks alış
Ərəb dünyasının varlı şəxslərinin milyonlarla dollar dəyərində alışları diqqət çəkir. Onların arasında rekord qiymətə alınan avtomobil nömrəsi, lüks yaxta və dünya şöhrətli rəsm əsəri də var. Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda ərəb milyarderlərinin və şahzadələrinin ən bahal
10 oktyabrNATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır
10 oktyabrABŞ Panamada baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edib
ABŞ-ın Kosta Rikadakı səfirliyinin məlumatına görə, Panamada 7,7 bal gücündə zəlzələ baş verib . xəbər verir ki, ABŞ-ın Sunami Xəbərdarlıq Sistemi Mərkəzi Amerikanın Sakit okean sahillərinin əksər hissəsində, eləcə də Kolumbiya, Kosta Rika, Ekvador, Peru, Nikaraqua, Qvatemala, El Salvador və Meksikad
10 oktyabr