Zelenski Bəşər Əsədə 10 il müddətinə sanksiya tətbiq etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Suriya Prezidenti Bəşər Əsədə qarşı sanksiyalar tətbiq edib.
Bu haqda fərman Ukrayna Prezident Aparatının saytında dərc olunub.
Bildirilib ki, Əsədə qarşı sanksiyalar 10 il müddətində qüvvədə olacaq. Bunlara, əgər varsa, aktivlərin bağlanması və hər hansı ticarət fəaliyyətinin qadağan edilməsi və s. daxildir. Sanksiyalar həmçinin Suriyanın 70 yaşlı Baş naziri Hüseyn Arnus və xarici işlər naziri Feysəl əl-Mikdada qarşı da tətbiq edilib. Ümumilikdə sanksiya siyahısında 300 nəfər var. Onların arasında Rusiya vətəndaşlığı olan üç suriyalı, rus və Krımdan olan bir ukraynalı da var.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1464 Tarix: 18 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
11 oktyabr"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy
11 oktyabr