Putinə həbs qərarı: Tarixdə ilk dəfədir ki... - Matviyçuk
Tarixdə ilk dəfədir ki, Beynəlxalq Cinayət Məhkəməsi nüvə gücünün və BMT TŞ-nin daimi üzvü olan dövlətin rəhbərinə qarşı həbs orderi çıxarır.
Bunu Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzi təşkilatının rəhbəri Aleksandr Matviyçuk bildirib.
Matviyçuk Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidentinin həbsinə order verməsini görünməmiş cəsarətli addım adlandırıb. Onun sözlərinə görə, bu, o deməkdir ki, Putinə "hərbi cinayətkar olduğu" haqda ittiham irəli sürülüb.
Buna baxmayaraq, o, Beynəlxalq Cinayət Məhkəməsində qiyabi məhkəmə prosesi aparılmadığını vurğulayıb:
"Putin gec-tez yaxşı vəkillər axtarmalı və Beynəlxalq Cinayət Məhkəməsində özünü müdafiə etməli olacaq. Təəssüflər olsun ki, qiyabi məhkəmə prosesi yoxdur, ona görə də onun məhkəmədə olması lazımdır, bundan sonra onun bəzi prosessual məsələlərə etiraz etmək imkanı olacaq".
Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib./Axar
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)