40 min türkü öldürənlər QUYUDA - Ərdoğan onlara belə dərs verir
Xəbər verdiyimiz kimi, Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə yaşıl işıq yandırıb.
Türkiyəli politoloq Hüsamettin İnaç Musavat.com-a açıqlamasında bildirib ki, burada məqsəd Amerikanı küncə sıxışdırmaq, Almaniya və Fransaya mesaj verməkdir.
"Prezident Ərdoğanın da dediyi kimi, xüsusilə İsveç PKK/YPG və FETÖ terror təşkilatları üçün bir inkubatora çevrilib. Terrorçular uzun illər ərzində orada özlərinə yurd salıblar. İsveç və Finlandiyadakı terrorçular xüsusilə Suriyanın şimalındakı PKK/YPG-yə logistik, maddi yardım göstərir, Türkiyədəki PKK-ya dəstək verir. Türkiyə öz niyyətini doğru şəkildə izah etdi. Türkiyənin niyyəti NATO-nun genişlənməsinə mane olmaq deyil, Türkiyənin bu təşkilatla heç bir problemi yoxdur. Görünən odur ki, Finlandiya zaman içərisində terrora verdiyi dəstəyi azaltdı. İsveçdə isə Quran yandırıldı, Stokholm küçələrində PKK/YPG nümayişləri keçirildi, prezident Ərdoğanın maketləri yandırıldı. Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə dəstək verməklə bu Təşkilatın genişlənməsinə qarşı olmadığını göstərdi. Prezident Rəcəb Tayyib Ərdoğan "NATO bir təhlükəsizlik, müdafiə paktıdır, biz 40 min insanımızın canına qıyan terror təşkilatına dəstək verən insanlarla eyni pakt içərisində necə ola bilərik?" deyə soruşdu.
Burada digər bir məsələ də gündəmə gəlir. Belə ki, digər NATO ölkələrində də FETÖ, PKK var. Xüsusilə PKK-ya ən çox dəstək verən ölkə Almaniya və Fransadır. Digər yerlərdə Danimarka, Niderland gəlir. Türkiyə İsveç və Finlandiya üzərindən bütün NATO ölkələrinə, xüsusilə PKK/YPG-yə ən böyük dəstək verən, ona minlərlə TIR silah göndərən ABŞ-a mesaj ötürür. Burada məqsəd ABŞ-ı küncə sıxışdırmaq, Almaniya və Fransaya mesaj verməkdir. İsveç də Türkiyənin istədiklərini edərsə, NATO-ya üzv ola bilər. Türkiyə bu mövzuda xoş niyyətini göstərir. İsveç vaxtı uzatmaqla bütün gizlinləri ortaya qoyur. Oradakı PKK/YPG və FETÖ tərəfdarları İsveçin NATO-ya üzv olmaması üçün tezliklə nümayişlərə başlayacaq. Onsuz da İsveç ictimaiyyəti də NATO-ya üzvlüyə isti baxmır", - politoloq vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)