Məişət texnikası ilə bağlı düz bildiyimiz səhvlər - Ekspert məsləhətləri

Məişət texnikası ilə bağlı düz bildiyimiz səhvlər - Ekspert məsləhətləriMəişət texnikasında istifadə etdiyimiz elektrik məhsulların düzgün istifadə qaydalarını bilmədikdə, həm canımıza, həm də cibimizə ziyan edirik. Yanlış istehlak daha çox elektrik israfına səbəb olur və cihazın ömrünü azaldır.

Soyuducu, kondisioner, paltaryuyan, qabyuyan maşınlar, telefonlar, kompüterlər hamımızın həyatını asanlaşdıran önəmli cihazlardandır. Lakin bu məhsulların düzgün istifadə qaydalarını bilmədikdə, həm canımıza, həm də cibimizə ziyan edirik. Yanlış istehlak daha çox elektrik israfına səbəb olur və cihazın ömrünü azaldır. Sıradan çıxan cihaz isə evdə yanğına, partlayışa səbəb ola bilir. Bununla təcrübədə də rastlaşmışıq.

Bəs evdəki elektrik əşyalarımızın istifadəsi ilə bağlı bu günə qədər düz bildiyimiz səhvlər nələrdir?

"Kaspi" qəzeti bu suala cavab tapmağa çalışıb.

Əvvəlcə soyuducudan başlayaq.

Soyuducular həddindən artıq ərzaqla doldurularsa...

Ən önəmli məsələlərdən biri, soyuducunun yerinin düzgün seçilməsidir. Soyuducunu yerləşdirərkən onun pəncərədən və qaz pilətəsindən uzaq, soba ilə arasında ən azı 10 sm məsafədə olmasına diqqət yetirməliyik. Həmçinin soyuducu divara tam söykənməməlidir. Mütləq divarlar arasında boşluq buraxılmalıdır.

Elektrik mütəxəssisi, mühəndis Fuad Kərimov deyir ki, soyuducunu ekonom rejimində istifadə etməyin ən vacib addımlarından biri ehtiyacınıza uyğun məhsulları almaqdır: "Ehtiyacınızdan daha çox məhsul alsanız, enerji istehlakı artacaq. Soyuducular həddindən artıq ərzaqla doldurularsa, yüklənəcək və daha çox enerji sərf edərək işləyəcək".

Bir dəfəyə çox paltar yumaq işimizi rahatlaşdırır?

Bu gün insanların ən sevdiyi ixtiralardan biri də paltaryuyan maşınlardır. Lakin onlarla bağlı da düz bildiyimiz səhvlər çoxdur. Ən böyük səhvlərdən biri paltaryuyan maşınların qapısını bağlı saxlamaqdır. Mütəxəssis deyir ki, paltar yuyulduqdan sonra, nəmin buxarlanması üçün maşının qapısı açıq olmalıdır: "Qapı bağlı qaldıqda, içəridə qalan nəm pis qoxuya səbəb olur. Daha sonra bu qoxu növbəti yuyulmada paltarlara hopur. Soyuducu kimi paltaryuyan maşının da yük götürmə dərəcəsi var. Əgər 3 kilo yuya bilmə gücü varsa, 6 kilo paltar yumağa çalışdıqda, bu, mühərriki sıradan çıxarır. İnsanlar düşünür ki, bir dəfəyə çox paltar yumaq onların işini rahatlaşdırır və qənaət edirlər. Amma bu, əksinədir. Çünki maşın gərgin işləyəndə daha çox elektrik sərf edir. Bundan əlavə, məişətdə istifadə olunan elektrikli avadanlıqlar iş bitdikdən sonra mənbədən ayrılmalıdır. Birbaşa birləşmiş və daimi qoşulu qalan avadanlıqlar öz gücünə uyğun naqillərlə və mühafizə açarları ilə qoşulmalıdır. Naqilində, korpusunda birləşdirici başlığında nasazlıq olan heç bir avadanlığı təhlükəsizlik baxımından işlətmək olmaz".

Kondisionerlərin ideal temperaturu neçədir?

Bir çoxumuzun şikayəti yay aylarında elektrik sərfiyyatının çox olmasıdır. Bunu kondisionerlə əlaqələndirib, yayda işıq pulu qəbzlərinə təəccüblənmirik. Amma düzgün istifadə etməklə, sərfiyyatı az da olsa, azalda bilərik. Mütəxəssis deyir ki, diqqət etməli olduğunuz ilk məqam kondisionerlərin işlədiyi temperaturdur. Hər kəsin özünü rahat hiss etdiyi temperatur fərqli olsa da, 22-25 dərəcə arasındakı temperatur ideal mühit temperaturu kimi tanınır. Önəmli olan çölün temperaturu ilə evin temperaturundakı balansı qorumaqdır. Məsələn, çöldə 30 dərəcə isti olanda, eviniz daha tez soyusun deyə 18 dərəcəyə təyin edilməsi, kondisionerinizin daha gərgin işləməsinə səbəb olur. Bu da elektrik istehlakını artırır.

Tez-tez söndürüb-yandırmaq da ziyanlıdır

Həmsöhbətimizin sözlərinə görə, xüsusilə yay fəslində kondisionerləri tez-tez söndürüb-yandırmaq da çox enerji sərfiyyatına səbəb olur: "Kondisionerinizi daim yandırıb-söndürsəniz, cihazlarınız bütün sistemlərini yenidən işə saldıqları üçün demək olar ki, bir neçə dəfə çox enerji sərf edirlər. Nəticə etibarı ilə, elektrik enerjisi istehlakı yandırma və söndürmə tezliyindən asılı olaraq daim artır. Bu səbəbdən gün ərzində ətraf mühitin temperaturu sabitləşənə qədər kondisionerlərinizi mümkün qədər söndürməməyə və tək bir temperaturda işlətməyinə diqqət etməlisiniz. Bundan əlavə, kondisioner öz gücünə uyğun naqillə çəkilməli və avtomatla qoşulmalıdır".

Telefonları ən az neçə faizdə şarj etməliyik?

İnformasiya Texnologiyaları üzrə ekspert Qafar Əhmədov deyir ki, telefonumuzu söndürsək belə, batareya daim işləyir, keyfiyyətdən düşür. Amma bu prosesin sürətini azalda bilərik: "Telefonun 0 faizə qədər enerjisini işlətdikdən sonra şarj etmək batareyanın ömrünü azaldır. Çünki passivləşən batareya birdən-birə bütün enerjini özünə çəkir. Bu da tam hərəkətsiz zərrəciklərin daha sürətlə yer dəyişməsinə gətirib çıxarır, nəticədə batareyaya zərər dəyir. Bu 5 və 10 faizə də aiddir. Minimal şarj həcmi 20 faiz götürülür, bu zaman batareya normal şəkildə enerji yığmağa başlayır. Telefon 100 faiz enerji yığdıqdan sonra şarj etməyi dayandırır. Bundan sonra cihazı şarjda saxlamaq məsləhət deyil".

Bu zaman batareya partlaya bilər

Həmsöhbətimizin sözlərinə görə, cihazları həddən artıq soyuq və isti temperaturda şarj alətinə qoşmaq olmaz. Bu prosesdə batareya bir neçə aya xarab ola bilər: "Bu yeganə haldır ki, bu zaman batareya hətta partlaya bilər. Bu hala daha çox avtomobildə rast gəlinir. Belə ki, telefon şarj alətinə taxılıb şüşənin önünə qoyulur, üzərinə günəş şüaları düşür. Bunu etmək olmaz. Ümumiyyətlə, cihazları soyuqda və istidə saxlamaq olmaz. Bundan əlavə, telefonların dəstəkləmədiyi adapter başlıqları ilə şarj etməyin. Məsələn, "x" firmanın məhsulunu "y" adapteri ilə şarj etmək telefonunuzun ömrünü azaldır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 878   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

7 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr