"Vaqner" lideri etirafa hazırlaşır – "Ukrayna güclüdür, bacarmırıq"
Rusiyanın "Vaqner" qrupunun lideri Yevgeni Priqojin ruslar qarşısında Baxmut istiqamətində döyüşlərdə muzdlularının məğlubiyyətinə haqq qazandırmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatında deyilir.
Priqojin son müsahibəsində Ukrayna ordusunun eyni anda beş istiqamətdə planlaşdırdığı əks-hücum əməliyyatından danışıb. Onun sözlərinə görə, bu əməliyyatlar aprelin ortalarından başlayacaq, ona görə də o, Rusiya qoşunlarını bu əks-hücumlara hazırlaşmağa, çoxlu sayda döyüş sursatı və texnikanı hazır vəziyyətdə saxlamağa çağırıb.
ISW analitikləri hesab edirlər ki, Priqojin "Vaqner"in Baxmutun mühasirəsini başa çatdıra bilməməsinə haqq qazandırmaq üçün geniş spektrdə Ukrayna qüvvələrinin əks-hücum edə biləcək qədər güclü olduğu təəssüratını yaratmağa çalışır.
Amerikalı analitiklər deyirlər ki, "Vaqner"in Baxmutda taktiki uğur əldə etmək bacarığı getdikcə azalır. Bundan əlavə, hərbi ekspertlər qeyd edirlər ki, Priqojinin iddia etdiyi əks-hücum həm də onun fikrincə, Rusiya qoşunlarının tezliklə təşəbbüsü Ukraynaya verəcəyini və uğursuz hücumları davam etdirməkdənsə, müdafiəyə keçməyin daha doğru olacağını nəzərdə tutur. Bura Baxmutla yanaşı, Kreminna, Avdiv və Vuqledar da daxildir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)