Bakı metrosunda retro vaqonlar nümayiş etdirilir
Bakı metropoliteninin əsas muzey eksponatlarından olan retro vaqonlar Novruz bayramı münasibətilə "İçərişəhər" stansiyasında nümayiş etdirilir.
Bu barədə Sonxeber.az "Bakı Metropoliteni" QSC-ya istinadən xəbər verir.
Vaqonlar mart ayının 22-si axşam saatlarına qədər nümayiş olunacaq.
Qeyd edək ki, bu sərginin unikallığı nümayiş etdirilən qatar tərkibinə daxil olan vaqonlardan birinin keçmiş SSRİ-nin "A" tipli ilk metro vaqonu olmasıdır.
1934-cü ilin sonunda istehsal olunmuş vaqon həmin dövrə xas görkəmi ilə seçilir. 1935-ci ildə Moskva metropoliteni açılarkən, Sovet dövlətinin rəhbərlərinin iştirakı ilə hərəkətə gələn ilk sərnişin qatarının tərkib hissəsi olması da vaqonun daha bir özəlliyidir. 1950-ci illərin istehsalı "Q" tipli metro vaqonu da Bakıda sərnişin daşımayıb. Bu iki vaqon 1960-cı illərin sonunda yolların diaqnostikasını aparmaq üçün Bakı metropoliteninə ayrılıb. 2015-ci ildə unikal layihə əsasında diaqnostika kompleksi istifadəyə verildikdən sonra bu vaqonlar xüsusi günlərdə nümayiş olunan muzey eksponatına çevrilib.
Stansiyada nümayiş olunan "E" tipli digər metro vaqonu isə 1959-cu ilin sonlarından başlayaraq istehsal olunub. Bakıda metro açılanda "E" tipli 47 ədəd vaqon çatdırılıb. 1980-ci illərdən isə xəttə buraxılmaq üçün yalnız 81-717/714 tipli vaqonlardan ibarət qatarlar alınıb.
"Bakı Metropoliteni"ndən həmçinin bildirilib ki, gün ərzində metronun 4 stansiyasında ("İçərişəhər", "Sahil", "28 May" və "Elmlər Akademiyası") Azərbaycan və dünya musiqisindən nümunələr əsasında hər biri 45 dəqiqə olmaqla konsert proqramları təşkil edilib.
Günün əsas proqramı Bahar qızının müşayiəti ilə Keçəl və Kosanın səhnəcikləri olub. Onlar, eləcə də sirk ustaları və sehrbaz azyaşlı sərnişinlərlə əyləncəli vaxt keçiriblər. Uşaqlara müxtəlif fiqurlu şarlar hədiyyə edilib, nəhəng oyuncaqlar onların ovqatını daha da yüksəldib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 795 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrBu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO
Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf
20 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabr