Həcc mübahisəsi: 10 min verib Məkkəyə gedilsin, yoxsa imkansız tələbələrə yardım edilsin?
"Namaz qılmaq və oruc tutmaq kimi, Həcc ziyarəti də islamda vacib buyurulub. İmkanı çatan insan bir dəfə də olsa Həcc ziyarətinə getməlidir".
Bu sözləri Globalinfo.az-a açıqlamasında yazar Kənan Rövşənoğlu deyib. O bildirib ki, maddi və fiziki baxımdan imkanı olan hər kəs istədiyi qədər Həcc ziyarətinə gedə bilər:
Kənan Rövşənoğlu
"Həcc ziyarətinə getməyib, tələbələrin təhsil haqqını ödəmək və ya digər ehtiyacları qarşılamaq məsələsi çox müzakirə olunur. Əlbəttə, yardım etmək Qurandan gələn tapşırıqlardan biridir. Amma orada yazılmayıb ki, "Həcc ziyarətinə getmə, o pulla kiməsə dəstək ol". Bunları qarışdırmaq olmaz. Onsuz da ora imkanlı şəxslər gedir. Biz kiməsə deyə bilmərik ki, "Sən Həcc ziyarətinə getmə, onsuz da qəbul olmayacaq, çünki sən o pulu ehtiyaclı biri üçün xərcləmədin".
Sosioloq Əhməd Qəşəmoğlu isə məsələyə fərqli yanaşıb. O bildirib ki, Həcc ziyarətinə gedən şəxs mənəvi təmiz olmalıdır:
"Əvvəla, Həcc ziyarətinə gedən adam imanlı, dindardırsa, o zaman özü bilməlidir ki, onun qarşısında hansı öhdəliklər var. Baxırsan ki, haram yollarla 10 min pulu qazanır və həmin pulla Həccə gedir. O insanın Həccə getməsi artıq mənasızdır. Çünki oraya gedən adam mənəvi təmiz olmalı, islamın tələblərini yüksək səviyyədə yerin yetirməli və daha sonra gedib oraları ziyarət etməlidir".
Sosioloq bildirib ki, təmiz insan ətrafındakı yoxsul insanlara mütləq yardım edəcək:
"Kəskin olaraq "Həcc ziyarətinə getmək üçün xərclədiyiniz pulları yoxsullara verin" demək doğru olmaz. Çünki islamda belə bir prinsip var ki, Allah sənə o imkanı veribsə, deməli, boynunda mənəvi bir borc var. Sən Allahın buyurduqlarını etmədən, hansısa yolla qazandığın pulla Həcc ziyarətinə getməyin qəbul olmaz. Bunların isə hamısı savadsızlıq, avamlıq və cəhalətdən irəli gəlir.
İnsan Həcc ziyarətinə getmədən xeyirxah işlər görməlidir. Boşuna deyilməyib ki, öz qonşusunun qarnını doyurmaq, Həccə getməkdən üstündür. Bu o deməkdir ki, əgər sənin qonşunda, tanışların arasında ağır vəziyyətdə olan adamlar varsa və ona etinasız yanaşaraq pulunu verib həccə gedirsənsə, sən islamın tələbini yerinə yetirmirsən. Belə halda isə həmin etdiyin ziyarət qəbul olunmur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1070 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
7 noyabrƏməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabr