Talış kəndində daha 20 ailə bayramı ata-baba yurdunda qeyd edir

Talış kəndində daha 20 ailə bayramı ata-baba yurdunda qeyd edirUzun illərin həsrətindən sonra daha 20 ailə Novruz bayramını öz ata-baba yurdlarında qeyd edəcəklər. "Böyük Qayıdış" proqramına uyğun olaraq Talış kəndinə köçürülən ailələrdən biri də Səməd Qardaşxanoğlunun ailəsidir.

Səməd "Report"a müsahibəsində deyir ki, Talış kəndi işğal olunanda yaşı az olub. Çox şeyi xatırlamasa da, kəndi yaddaşından çıxarmayıb. Vətən sevgisi onları hərbçi olmağa sövq edib. 44 günlük Vətən müharibəsi başlayanda qardaşı ilə birgə ön xətdə döyüşənlərdən olub:

"Biz Tərtər istiqamətində xidmət edirdik. Ən çox ona sevinirdik ki, aprel döyüşlərində yarımçıq qalan işimizi tamamlayacağıq. Bir vaxtlar ağlayaraq göz yaşları içərisində tərk etdiyimiz kəndimizdən düşməni qovub torpaqlarımızı azad edirdik. Təbii ki, bunun sevinci başqadır".

Müsahibimiz ötən illər ərzində ata yurduna geri dönəcəklərinə ümidlərini itirmədiklərini deyir:

"Kəndimiz gözümün qarşısında hər zaman dumanlı olaraq canlanırdı. Müharibə başlayan günə qədər bütün xidmətim boyunca valideynlərim məndən hər dəfə yurdumuzu soruşanda Allaha dua edirdim ki, kəndimizin azad olunması şansını mənə nəsib etsin".

Talış kəndinin bir hissəsində ermənilərin dağıdıb xarabalığa çevirdikləri evlər, digər hissəsində isə abad və müasir tələblər əsasında yenidən qurulan və getdikcə gözəlləşən mənzərə var.

Səməd Qardaşxanoğlu deyir ki, kəndə gələndən məcburi köçkün həyatı yaşadığı günlərin əvəzini çıxmağa çalışır:

"Artıq bir neçə gündür ki, biz kəndimizə köçmüşük. Mən nə gecə yatır, nə də gündüz dincəlirəm. Bəlkə də bu, sizə qəribə gələcək. Nə qədər davam edəcəyini bilmirəm, amma mən kəndimizdən uzaq yaşadığım günlərin həsrətini canımdan çıxarmaq üçün doymadan buranın küçələrini gəzirəm. Bəzən mənə elə gəlir ki, kəndimizin hər qarışında şəhid olan hərbçi yoldaşlarım məni izləyir. Onlar bizim burda yaşadığımız anların xoşbəxtliyini hiss edirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1057   Tarix: 19 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

7 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr