İraq və İran arasında sərhəd təhlükəsizliyi sazişi imzalandı
İraqa səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani və İraqın milli təhlükəsizlik müşaviri Kasım əl-Araji iki ölkə arasında sərhəd təhlükəsizliyi müqaviləsi imzalayıb.
İraq Baş Nazirliyindən verilən yazılı açıqlamada, sərhəd təhlükəsizliyi razılaşmasının "iki ölkə arasında ortaq sərhədlərin qorunması və müxtəlif təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi" kimi mövzuların yer aldığı bildirilib. Bəyanatda İraqın baş naziri Məhəmməd Şia Sudaninin Şamhanini qəbul etdiyi, bölgədə təhlükəsizliyin təmin edilməsi yolları ilə yanaşı, iki ölkə arasındakı əlaqələrin də müzakirə edildiyi bildirilib.
Görüş zamanı İraq torpaqlarının qonşu ölkələrə hücum üçün istifadəsinə icazə verilməyəcəyini bildirən Sudani, ölkənin suverenliyinə və qonşu ölkələrin təhlükəsizliyinə təhdid yaradan silahlı qrupların öz torpaqlarına sığınmasının əsla qəbul edilməyəcəyini vurğulayıb.
Digər tərəfdən İran İnqilab Keşikçiləri Ordusu İranın "terror təşkilatı" hesab etdiyi Komele və İran Kürdüstan Demokratik Partiyasının (İKDP) düşərgələrinin yerləşdiyi ərazilərə raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib./Unikal
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1117 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrTramp Ağ Evə yeni mətbuat katibi təyin etdi
"Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin etməkdən şərəf duyuram" . xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Keti hazırda Truth Social-da Baş Kommunikasiya Məsləhətçisi vəzifəsində çalışır və burada uğur qazanıb". [hh4-unikal]
10 oktyabrKiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
11 oktyabrFransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı
Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu
11 oktyabrTürkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10 oktyabr