Ərdoğan: "Yaxın aylarda "Akkuyu" AES-in ilk enerji bloku işə salınacaq"
Türkiyənin ilk atom elektrik stansiyası olan "Akkuyu Atom Elektrik Stansiyası"nın işə salınması ölkənin elektrik enerjisi ilə təmin olunmasına mühüm töhfə olacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsir vilayətində çıxışı zamanı bu barədə danışıb.
"Yaxın aylarda biz "Akkuyu" AES-in ilk enerji blokunu işə salacağıq. Bütün aqreqatların istifadəyə verilməsi ilə bu stansiya ölkəmizin elektrik enerjisi ilə fasiləsiz və balanslı təminatına çox mühüm töhfə verəcəkdir"-deyə, o bildirib.
Onun sözlərinə görə, Türkiyədə günəş enerjisi hesabına xeyli miqdarda elektrik enerjisi istehsal olunur, külək turbinləri layihələri hazırlanır.
"Qaz sənayesinin, hidroenergetikanın və nüvə enerjisinin inkişafı yaşıl enerjinin bir hissəsidir və onun həyata keçirilməsinə töhfə verir. İndiyə qədər keçdiyimiz yol onu göstərir ki, biz bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalına görə dünyanın ilk on ölkəsinə daxil olmağa hazırlaşırıq".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 964 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrTramp Ağ Evə yeni mətbuat katibi təyin etdi
"Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin etməkdən şərəf duyuram" . xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Keti hazırda Truth Social-da Baş Kommunikasiya Məsləhətçisi vəzifəsində çalışır və burada uğur qazanıb". [hh4-unikal]
10 oktyabrKiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
11 oktyabrFransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı
Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu
11 oktyabrTürkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10 oktyabr