Ərdoğan və Sisi aradakı "buzları əridir" – Hər şey bu əl sıxma ilə başladı
Türkiyə xarici işlər naziri Çavuşoğlunun 11 ildən sonra Misirə səfəri dünya mediasında əks-səda doğurub.
ABŞ-ın "Bloomberg" agentliyi iki ölkə arasındakı normallaşmanın başlanğıc nöqtəsinə diqqət çəkib.
Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olub.
"Bloomberg" bu gəlişməni oxucularına "Türkiyə və Misir on illik mübahisədən sonra münasibətləri yenidən başlamağa söz verdi" başlığı ilə açıqlayıb. Ankara ilə Qahirə arasındakı buzların əriməsinə diqqət çəkən agentlik Qətərdə keçirilən futbol turnirində iki ölkə liderlərinin salamlaşmasını xatırladıb.
"Həll Ərdoğan və Sisinin dünya kubokundə bir-birinin əlini sıxması ilə başlamış ola bilər", - məqalədə deyilir.
İsrailin "Jarusalem Post" qəzeti "Misir xarici işlər naziri: Danışıqlar dürüst və şəffafdır" başlığına üstünlük verib.
"Al Arabia" iki nazirin prezidentlər Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisinin görüşəcəyini açıqladığını yazıb.
"Əl-Cəzirə" "Nazirlər on ildən sonra ilk Qahirə toplantısını keçirdi" başlığı ilə oxucularının qarşısına çıxıb. Məqalədə bu ifadələr yer alıb: "Misir xarici işlər naziri Sami Şükrü və türkiyəli həmkarı Mövlud Çavuşoğlu diplomatik münasibətlərin ən qısa zamanda qarşılıqlı səfir təyinatı ilə yüksəldiləcəyini bildirdi".
Almaniyanın DW telekanalı da oxşar şərhlə çıxış edərək, nazirlərin münasibətləri yaxşılaşdırmağa söz verdiklərini qeyd edib.
ABŞ-ın "ABC News" saytı isə Çavuşoğlunun Misirlə münasibətləri yaxşılaşdırmaq üçün Qahirəyə getdiyini yazıb./Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1325 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrTramp Ağ Evə yeni mətbuat katibi təyin etdi
"Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin etməkdən şərəf duyuram" . xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Keti hazırda Truth Social-da Baş Kommunikasiya Məsləhətçisi vəzifəsində çalışır və burada uğur qazanıb". [hh4-unikal]
10 oktyabrKiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
11 oktyabrFransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı
Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu
11 oktyabrTürkiyədə uşaqlar üçün sosial media qadağası rəsmiləşdi
Türkiyədə noyabrın 1-dən etibarən uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni məhdudiyyətlər tətbiq ediləcək. xəbər verir ki, bu barədə müvafiq qərara istinadən "Resmi Gazete" məlumat yayıb. Sənədə əsasən, sosial media platformaları 15 yaşından kiçik olanlara xidmət göstərə bilməyəcək
10 oktyabr