Xankəndi yolunda RSK avtomobillərinin maneəsiz hərəkəti təmin olunub - YENİLƏNİB + FOTO/VİDEO

Xankəndi yolunda RSK avtomobillərinin maneəsiz hərəkəti təmin olunub - YENİLƏNİB + FOTO/VİDEOŞuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 43 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 8 minik və 35 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya Sülhməramlı Kontingentinə (RSK) məxsus avtomobillərin sayı 75-ə çatıb.

12:56
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 32 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 5 minik və 27 yük avtomobili Xankəndidən Laçın istiqamətində maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

08:26

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 102 gündür davam edir.

"Report"un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.
Xankəndi yolunda RSK avtomobillərinin maneəsiz hərəkəti təmin olunub - YENİLƏNİB + FOTO/VİDEOXankəndi yolunda RSK avtomobillərinin maneəsiz hərəkəti təmin olunub - YENİLƏNİB + FOTO/VİDEOXankəndi yolunda RSK avtomobillərinin maneəsiz hərəkəti təmin olunub - YENİLƏNİB + FOTO/VİDEOXankəndi yolunda RSK avtomobillərinin maneəsiz hərəkəti təmin olunub - YENİLƏNİB + FOTO/VİDEOXankəndi yolunda RSK avtomobillərinin maneəsiz hərəkəti təmin olunub - YENİLƏNİB + FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1189   Tarix: 23 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021