Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?
Şəhid Elmar Şirinovun anası Amana Nəsirovanın çəkiliş adı ilə dələduzluğa məruz qaldığı iddia edilir.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı məlumatı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu yayıb.
Onun sözlərinə görə, bir nəfər şəxs televiziya işçisi olduğunu, Elmar haqqında sujet hazırlayacağını bildirərək şəhid anasından 200 manat alıb: "Ana deyir ki, bu adam şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir. Adının Bəxtiyar olduğunu deyib, özünü qaçqın kimi tanıdıb".
İddia ilə əlaqədar Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elmar Cəbrayıl oğlu Şirinov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları, eyni zamanda "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
E.İslamoğlu şəhid anasını aldatmaqda ittiham olunan şəxsin fotosunu da paylaşıb. İddia rəsmi təsdiqini tapmadığı üçün onun şəklini açıq vermirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1656 Tarix: 24 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021