"Siyasi partiyalar haqqında " qanun xarici qüvvələrin maraqlarına xidmət edən qüvvələrə böyük zərbədir" - Deputat

"Siyasi partiyalar haqqında " qanun xarici qüvvələrin maraqlarına xidmət edən qüvvələrə böyük zərbədir" - Deputat"Siyasi partiyalar haqqında" Qanun layihəsinin hazırlanması və qüvvəyə minməsi ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların inkişaf etməsinə böyük təkan verəcək. Qanunda Venesiya Konvensiyasının siyasi partiyaların statusuna və fəaliyyətinə aid olan 132 tövsiyyəsindən 112 nin nəzərə alınması bu sənədin demokratikliyinə, eləcə də milli maraqlara tam uyğunluğuna zəmanət verir. "Siyasi partiyalar haqqında " yeni Qanun xarici qüvvələrin maraqlarına xidmət edən radikal qüvvələrin fəaliyyətinə böyük zərbədir".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, dövlətçilik və ümummilli məsələlərdə müxalif olan radikal siyasi partiyalar düşünməli, xaricdəki Azərbaycana düşmən olan qüvvələrə deyil, dövlətin inkişafına, xalqın rifahına xidmət etməlidirlər:

"Prezident cənab İlham Əliyev öz çıxışlarında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, milli və dövlət maraqlarınl uca tutan digər siyasi partiyalar ilə dialoqun tərəfdarı olduğunu bildirmişdi. Müxalifətdə olan bəzi siyasi partiyalar da dövlət maraqlarını uca tutmaq şərti ilə cəmiyyətdə olan nöqsanları çatdırmalıdır. Bu, dövlətimizin inkişafına, cəmiyyətdə sağlam mühitin formalaşmasına xidmət edər. Prezident cənab İlham Əliyev hər zaman vurğulayır ki, iqtidarla digər siyasi par­tiyalar arasında ümummilli məsələlərdə heç bir fərqli fikir ayrılığı ola bilməz. Vətən müharibəsində ümummilli maraqları, dövlətimizin ərazi bütövlüyünü özlərinin müqəddəs amalı hesab edən siyasi partiyalar ölkə prezidenti cənab İlham Əliyevlə bir yerdə olduqlarını bəyan etdilər. Vətən müharibəsi və sonrakı dövrdə təxribatlar törətməklə ölkədə mövcud həmrəyliyə zərbə vurmaq arzusunda olan radikal siyasi partiyaları xalq yaxından tanıdı. Nəticədə bu "qüvvələr" xalq arasında nüfuzunu itirdi, eləcə də xalqın böyük nifrətini qazanmış oldular. Dövlətçilik və ümummilli məsələlərdə müxalif olan radikal siyasi partiyalar düşünməli, xaricdəki Azərbaycana düşmən olan qüvvələrə deyil, dövlətin inkişafına, xalqın rifahına xidmət etməlidirlər.
Prezident cənab İlham Əliyev tərəfindən ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların normal fəaliyyət göstərməsi üçün onlara hər cür şərait yaradılmışdır. İqtidar hər zaman siyasi dialoq prinsiplərinə sadiqlik nümayiş etdirib. Siyasi partiyalarla dialoq ölkədə açıq münasibətlərin bərqərar olmasına, siyasi proseslərə partiyaların öz münasibətlərini bildirməsinə şərait yaratmış olur. Prezident cənab İlham Əliyevin dialoq təşəbbüsləri ölkəmizdə demokratik ənənələrin dərinləşməsinə xidmət edir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1087   Tarix: 01 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb

Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal

25 iyun
.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi

2 iyul
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulub

Azərbaycan "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulub. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. [hh4-unikal]

25 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun