"Nəqşicahan Holdinq"də böhran: 300-ə yaxın işçi...
"Nəqşicahan Holdinq"in 300-ə yaxın işçisi dörd aydır ki, maaş ala bilmir. Buna səbəb Naxçıvanda aparılan kadr islahatlarından sonra holdinqə daxil olan müəssisələrdə istehsalın tam dayanması, yaxud minimuma endirilməsidir.
Bunu "Gündəlik Naxçıvan"a holdinqdə çalışan işçilər bildiriblər.
Şikayətçilər qeyd ediblər ki, rəhbərlik dekabr ayından bəri onlara evdə oturub gözləməyi məsləhət bilib. İşləmədikləri üçün maaş ala bilməyən fəhlələr, onsuz da, ağır olan sosial vəziyyətlərinin daha da çətinləşdiyini deyirlər.
Holdinqdəki müəssisələrin birində çalışan Cahangir Vəliyev deyir ki, ailəsini dolandırmaq üçün bankdan kredit götürüb:
"Dörd aya yaxındır ki, bizi havada saxlayıblar. Nə işlədib maaş verirlər, nə də işin olmayacağını deyirlər. Bizə "bu gün-sabah açılacaq" deyib ümid verirlər deyə başqa iş də axtara bilmirik. Son olaraq demişdilər ki, martın 15-də işlər başlayacaq. Mart ayı bitib, hələ də bir xəbər yoxdur. Onsuz da, başqa yerdə də iş tapmaq çətindir. Vəziyyətimiz həddindən artıq ağırlaşıb. Borca düşənimiz, banklardan kredit götürənimiz var. Evimizdə bayram da edə bilmədik. Ailəmizin, uşağımızın üzünə baxa bilmirik. Axı biz də insanıq. Bizim də övladlarımız var".
Digər şikayətçi Cavad Qasımov isə deyir ki, problemlə bağlı Naxçıvan MR Ali Məclisinə şikayət etsələr də nəticəsi olmayıb:
"Vəzifədən kimin getməsində, kimin gəlməsində, yaxud şirkətin kimə məxsus olmasında biz 300 nəfərin heç bir günahı yoxdur. Faktiki olaraq 300 ailə pis vəziyyətə salınıb. Hamı borc içindədir. Borclular borclarını, banklar isə kreditlərini istəyirlər. İşçilər isə ailələrini dolandıra bilmirlər. Mən də kredit ödəyirəm, bilmirəm, nə edəm. Başqa iş də tapa bilmirəm. Ailəmə çörəkpulu tapa bilmirəm. Bank da bir tərəfdən problem yaradır. Dörd aydır, bizi aldadırlar. Deyirlər, pul ayrılmır. Pul ayrılmırsa, bəs rəhbərlikdə olan işçilər pulu haradan alırlar?"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1706 Tarix: 01 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabrMənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabrHDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr