"Ölkəmizin milli təhlükəsizliyinə zərbə vurmaq istəyən qüvvələrə qarşı ciddi addımlar atılacaq"- DEPUTAT

"Ölkəmizin milli təhlükəsizliyinə zərbə vurmaq istəyən qüvvələrə qarşı ciddi addımlar atılacaq"- DEPUTAT"Azərbaycanda sabitliyi pozmağa çalışan və qarşıdurma yaratmaq istəyən hər kəs öz layiqli cəzasını alacaq".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan hüquq-mühafizə orqanları bu işləri çox yüksək peşəkarlıqla görürlər:

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda sabitliyi pozamaq istəyən xarici qüvvələr aktivləşib. Onların məqsədi insanlarımızı qorxutmaq və xof yaratmaqdır. Deputat həmkarımıza qarşı sui-qəsd təşkil etməkdə şübhəki bilinən şəxslərin qısa müddət ərzində saxlanılması bir daha sübut etdi ki, Azərbaycan daxili işlər orqanları o cümlədən digər xüsusi xidmət orqanlarımız hər zaman ayıq-sayıqdır. Daxili işlər Nazirliyinin son günlər həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində törədilən bir çox cinayətlər "isti izlər"lə açılıb. Bundan sonra da ölkəmizin milli təhlükəsizliyinə zərbə vurmaq istəyən bütün qüvvələrə qarşı ciddi addımlar atılacaq. Onların planları iflasa uğrayacaq. Cənab prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarına uyğun, müstəqil siyasətini bundan sonra da davam etdirəcək və qətiyyətli addımlarını atacaq".

Deputat vurğulayıb ki, təəssüf ki, biz hər zaman zərbəni qonşu və dost bildiyimiz ölkələrdən almışıq:

"44 günlük Vətən müharibəsindən sonra bir çox ölkələrin əsil siması ortaya çıxdı. Eləcə də İranın. Bu gün də İranın ölkəmizə qarşı təxribatları davam edir. Özünü dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən fars, molla rejiminin dedikləri əməlləri ilə üst-üstə düşmür. Hazrda İran Azərbaycanda xain qruplar yaratmaqla sabitliyi pozmağa çalışır. Fazil Mustafaya olunan sui-qəsd və son günlər saxlanılan xain qruplar bunu bir daha sübuta yetirir. Ermənistan torpaqlarımızı işğal altında saxladığı müddətdə ərazilərimiz dağıdılıb, məhv edilib. İranın bu dağıdılma və talanetmə prosesində iştirakı məlumdur. Ermənistan kimi İranın da ölkəmiz üzərində qurduğu planlar suya düşəcək. Ermənistan və onun havadarları bilməlidir ki, Azərbaycan 90-cı illərin əvvələrində olduğu kimi sahibsiz və başsız deyil. Ölkəmizin 44 günlük Vətən müharibəsində adını tarixə qızıl həriflərlə yazdıran cənab prezident İlham Əliyev kimi ölkə başçısı var".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1195   Tarix: 03 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr