Nurlana Əliyeva: Abır-həyamı itirməmişəm ki, dövlətin puluna əl atım - FOTO - YENİLƏNİB

Nurlana Əliyeva: Abır-həyamı itirməmişəm ki, dövlətin puluna əl atım - FOTO - YENİLƏNİBBakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Bakı Slavyan Universitetinin sabiq rektoru, barəsində məcburi gətirilmə qərarı çıxarılmış Nurlana Əliyeva şahid qismində ifadə verib.

Nurlana Əliyeva 2 saata yaxın davam edən ifadəsində bir çox məsələlərə toxunub. Sabiq rektor onun təyinatına qədər universitetdə ciddi problemlər olduğunu bildirib:

"Universitetin maliyyə sistemində o qədər pozuntu vardı ki, yoxlama zamanı Hesablama Palatası da baş aça bilmədi. Mən gələndən sonra isə inkişaf başladı, dünya üzrə məşhur şəxslər vaxtaşırı universitetdə mühazirələrlə çıxış etdilər. 5 ildə universitet tamamilə dəyişdi. Bundan əlavə mənim dövrümdə universitetdə Yeni Azərbaycan Partiyası üzvlərinin sayı kəskin artdı".

Hakim Əli Məmmədov Nurlana Əliyevaya müraciət edərək ondan mahiyyəti üzrə ifadə verməsini istəyib.

Nurlana Əliyeva təqsirləndirilən şəxsin onunla bağlı fikirlərini birmənalı şəkildə təkzib edib, Dürdanə Əliyeva ilə heç bir işbirliyinə girmədiyini deyib: "Pandemiya dövründə vəziyyət pis idi, tələbələrin universitetə gəlib-getməsində çətinliklər yaranmışdı. Dürdanə Əliyeva belə bir vəziyyətdə mənim inamımdan istifadə etdi. İlk dəfə iki nəfər tələbə bu işlər barəsində mənə şikayət etdi. Araşdırma apardıq, məlum oldu ki, təhsil ödənişləri Dürdanə Əliyeva tərəfindən mənimsənilir. Sonra onu yanıma çağırıb dedim ki, belə işlər müəllimə yaraşmır. Söz verdi ki, evimi satıb pulu qoyacam yerinə. 10 gün vaxt verdim, gördüm nəticəsi yoxdur. Sonradan gedib Təhsil Nazirliyinə şikayət etdim. Möhtərəm hakim, Dürdanə Əliyeva mənim 5 illik fəaliyyətimə kölgə salmağa çalışdı. Mən o qədər abır-həyamı itirməmişəm ki, 70 yaşımda dövlətin puluna əl atım. İstər həyat yolum, istər dövlət tərəfindən mənə göstərilən etimad bu işlərlə məşğul olmağıma imkan verməz, mənə yaraşmaz. Evdən mürəbbə, şəkərbura-paxlava gətirirdim ki universitetin pulu getməsin. Mənim təbiətim buna imkan vermir".

Prokuror Nurlana Əliyevadan 3 il ərzində əyani və qiyabi şöbədə baş verənlərdən xəbərsiz qalmasının səbəbini soruşub.

Keçmiş rektor bunun səbəbini pandemiya zamanı universitetdə yaranan vəziyyətlə əlaqələndirib:

"Pandemiya idi, məhdud şəraitdə fəaliyyət göstərirdik. Həm də həmin şöbədə çox az tələbə təhsil alırdı. Dürdanə Əliyeva da deyirdi ki, pandemiyada tələbələr gələ bilmir".

Bakı Slavyan Universitetini təmsil edən vəkilin "123 nəfər tələbənin təhsil haqqını ödəməməsi sizdə suallar doğurmadımı?" sualına isə şahid "Universitetin son kursuna kimi tələbələrin ödəniş məsələsinə qarışa bilməzdik. Həm bir-bir tələbələrin ödənişini yoxlaya bilməzdim axı", deyə cavab verib.

O, həmçinin Dürdanə Əliyeva ilə heç bir işbirliyinin olmadığını vurğulayıb: "Bir-iki nəfər kiminsə işə düzəldilməsi barədə xahiş edib, rədd eləmişəm. Həmçinin bu məsələlərlə bağlı istintaqa 40 səhifəlik material vermişəm".

Daha sonra Nurlana Əliyeva təqsirləndirilən şəxsin vəkilinin suallarını cavablandırıb.

Vəkilin "Universitetin gəliri tələbələrin ödənişindən asılıdır, ödənişlər gəlməyəndə mühasibatlıqda problemlər yaranmırdı"

sualına Nurlana Əliyeva deyib ki, sözügedən şöbədə çox az tələbə təhsil aldığına görə mühasibatlıq üçün problemlər yaranmayıb.

Müdafiə tərəfi universitetdə ödəmə terminallarının işləməməsi barədə də qeyd edib:

"95 nəfərə yaxın tələbə deyir ki, terminallar işləmədiyinə görə tələbələri təhsil ödənişini nağd şəkildə vermək üçün Dürdanə Əliyevanın yanına göndərirdilər".

Nurlana Əliyeva "Hamısı Dürdanənin işləridir. Mən burda eşidirəm ki, universitetdə ödəmə terminalı işləməyib".

Təqsirləndirilən Dürdanə Əliyeva da sabiq rektorun ifadəsinə münasibət bildirib. O, deyib ki, universitetdən məcburi çıxarıldıqdan sonra təhvil-təslim olub, lakin həmin vaxt heç bir problem aşkar edilməyib.

Nurlana Əliyeva isə şahidin dediklərini təkzib edərək, təhvil-təslim vaxtı hər şeyin üzə çıxdığını deyib.
Prosesin sonunda sədrlik edən hakim Əli Məmmədov Nurlana Əliyevaya suallar verib.

Hakim təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pulları ona verib-verməmədiyini soruşub: "Dürdanə Əliyeva deyir ki, hər dəfə tələbələrdən aldığı pulları aparıb rektora təhvil verirdim. Belə hallar olubmu?"

Nurlana Əliyeva belə halların qətiyyən olmadığını açıqlayıb.

Hakim bu zaman zalda olan zərərçəkmiş Eyyub Ramazanovdan əvvəl verdiyi ifadəni təkrarlamasını istəyib. Eyyub Ramazanov deyib ki, Dürdanə Əliyevaya işə düzəlmək üçün verdiyi pul rektora çatıb. Hətta onu rektorun otağından çıxanda görüb.

Nurlana Əliyeva belə bir hal yaşanmadığını deyib.

Proses aprelin 10-da davam etdiriləcək.

*** 10:07

Bakı Slavyan Universitetinin (BSU) keçmiş rektoru Nurlana Əliyeva məhkəməyə gəlib.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, Nurlana Əliyeva əvvəllər rektoru olduğu universitetin əyani və qiyabi şöbəsinin keçmiş rəhbəri Dürdanə Əliyevanın cinayət işi üzrə şahid qismində ifadə verəcək.

Nurlana Əliyeva təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəməyə çağırılıb.

Keçmiş rektor məhkəmədən yayındığı üçün barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Prosesə sədrlik edən hakim Əli Məmmədov, "Şöbə müdiri ittiham olunursa, universitet rəhbəri məhkəmədə dindirilməlidir", - deyərək məcburi gətirilmə qərarını dəfələrlə qüvvədə saxlayıb.

Prosesin gedişi barədə məlumat veriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində BSU-nun əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda göstərilən əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.

Xatırladaq ki, Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.
Nurlana Əliyeva: Abır-həyamı itirməmişəm ki, dövlətin puluna əl atım - FOTO - YENİLƏNİB


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1794   Tarix: 03 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi

Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib

7 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr