DYP-dən bədbəxt hadisələrlə bağlı sürücü və piyadalara MÜRACİƏT
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yaz mövsümü ilə əlaqədar paytaxt yollarında istər piyada qismində, istərsə də velosiped, skuter və bu kimi digər nəqliyyat vasitələri hərəkətlilik əsaslı şəkildə hiss olunmaqdadır:
"Bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir. İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarır.
Baş vermiş yol-nəqliyyat hadisələrinin səbəblərinə gəldikdə isə müxtəlif lakin eyni məzmun və xarakterli hallarla rastlaşırıq. Əsas səbəb isə bir çox hallarda yol hərəkəti qaydalarının pozulması və ya bəzi insanların bu həyati əhəmiyyətli qaydaları ciddiyə almamağından irəli gəlir.
Sürücülər, yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsizsə, öz yolu ilə hərəkətdə olan nəqliyyat axınında digər sürücülərə hörmətsizlik edərək nümayişkaranə şəkildə qarşı hərəkət zolağına çıxaraq ziqzaqvari formada ötmə, manevr etməklə və yaxud yolayrıcının keçmə qaydalarını bilərəkdən və kobud şəkildə pozub, ara məsafəsi saxlamayıb, etdiyiniz qanunsuz hərəkətlərin nəticəsinə görə cavabdehlik daşıdığınızı unudursunuzsa, bu sadəcə məsuliyyətsizlikdir. Sonu isə heç də hər zaman inzibati məsuliyyətlə bitmir".
Araz Əsgərli qeyd edib ki, piyadalar küçə və yolları onlar üçün nəzərdə tutulan yerlərdən keçməlidir:
"Məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməyin.
Çalışın ki yolunuzu son mənzilə yox, mənzil başında sizi gözləyən doğmalarınızın yanına salasınız!"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1002 Tarix: 04 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrTarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
8 noyabrƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabr"Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
7 noyabr"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
7 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabr