"Bütün təxribatların qarşısı qətiyyətlə alınacaq" - DEPUTAT
"Məlum olduğu kimi İran tərəfi bir neçə gün bundan əvvəl Azərbaycana NOTA təqdim etdi. NOTA-da bir çox absurd məsələlər əksini tapıb. Burada Azərbaycan mediası ilə bağlı da bir sıra məqamlar da qeyd olunub. Sözügedən sənəddə İran tərəfi Azərbaycan mediasını İran əleyhinə təbliğat aparmaqda günahlandırır və Azərbaycan tərəfindən bu kimi cəhdlərin qarşısının alınmasını tələb edir.
Reallıq isə ondan ibarətdir ki, 30 ildir İran mediası, xüsusilə "Səhər" kanalı Azərbaycan əleyhinə təbliğat aparır. Azərbaycanın dövlət atributları, Prezidenti və dövlət məmurları haqqında davamlı təxribat xarakterli məlumat və videolar yayır.
İran rejiminin sosial platformalarda yaratdığı Telegram kanalları Azərbaycan əleyhinə gecə-gündüz təbliğat aparır, Azərbaycana qarşı hədyanlar səsləndirir.Onu da qeyd edim ki, həmkarımız Fazil Mustafa terror aktına məruz qaldığı gündən, İran mediası ciddi cəhdlə bu terrorun Azərbaycan tərəfindən törədilməsi ilə bağlı xəbərlər yayaraq ictimai rəyi çaşdırmağa çalışdı".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, təəssüf ki, hər zaman düşmənin dəyirmana su tökməyə öyrəşmiş, ümummilli məsələlərdə vahid mövqe nümayiş etdirə bilməyən bir qrup "Vətənşüvən" də bu kampaniyaya qoşuldu.
"Bu həm də onu göstərdi ki, Azərbaycanın düşmənlərinin hamısı eyni mənbədən qidalanır.İran aydındır. Bəs siz kimin yanındasınız? Həmkarımıza yönəlmiş terror aktı bütövlükdə Azərbaycan dövlətinə və dövlətçiliyinə yönəlmiş sui-qəsd idi. Bu məsələdə hər kəs dövlətin yanında olmalı idi. Siz isə hər zaman olduğu kimi yenə düşmənin yanında oldunuz. Əgər İran istəyirsə ki, Azərbaycan tərəfi qarşılıq verməsin, o zaman təxribatlara, Azərbaycan əleyhinə təbliğata, hədyanlara son qoymalıdır.Burada İranın apardığı zərərli və zəhərli təbliğatın qurbanlarına da müraciət edirəm. Azərbaycan əleyhinə yönəlmiş fəaliyyətlərə son qoyun. Yoxsa sizi də eyni aqibət gözləyir. Bir gün mütləq hər biriniz qanun qarşısında cavab verəcəksiniz. Buna heç kimin şübhəsi olmasın.Azərbaycanda şiəliyə və şiələrə qarşı mübarizə aparılır təbliğatına da aldanmayın. Azərbaycanda bu gün heç bir dinə və məzhəbə qarşı hansısa bir məhdudiyyət və qadağa yoxdur. Ancaq Azərbaycan din pərdəsi altında kiminsə ölkəmizin təhlükəsizliyinə təhdid yaratmasına imkan verməyəcək. Bunu hər kəs bilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 705 Tarix: 04 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrTarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
8 noyabrƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabr"Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
7 noyabr"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil
7 noyabrAfaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb
6 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabr