Millətin qəlbində həmişə yaşayan unudulmaz şəxsiyyət

Millətin qəlbində həmişə yaşayan unudulmaz şəxsiyyətHeydər Əliyev ölkəmizə fikir plüralizmi, demokratik düşüncə tərzi və ədalət duyğusu gətirdi.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə bu il ölkəmizdə "Heydər Əliyev İli" elan edilib. Möhtərəm Prezident tərəfindən imzalanmış digər bütün aktlar kimi, həmin Sərəncam da xalq tərəfindən rəğbətlə qarşılanıb. Bunun səbəbi isə Azərbaycanın taleyində mühüm rolu, vətən və xalq qarşısında müstəsna xidmətləri olmuş Ulu Öndərə olan ölməz millət sevgisidir. Məhz buna görə də sözügedən Sərəncam əsasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında hazırlanmış "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı" Tədbirlər Planı istər icraçı orqan və qurumlar, istərsə də hər bir vətəndaş tərəfindən yüksək fərəh hissləri ilə böyük həvəslə icra olunur. Sözsüz ki, hər kəs, o cümlədən bütün prokurorluq işçiləri bu ilin əvvəlki illərlə müqayisədə daha çox uğurlarla yadda qalmasına çalışır. Bu onunla əlaqədardır ki, qədirbilən Azərbaycan xalqı Ümummili Liderin 100 illik yubileyini böyük sevgi və təntənə ilə qeyd etməyi özünə borc bilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin "Heydər Əliyev İli" çərçivəsində hazırladığı məqaləsində əksini tapıb. Həmin məqaləni təqdim edirik.

Dahi şəxsiyyət Heydər Əliyev hələ yeniyetmə vaxtlarından qeyri-adi keyfiyyətləri ilə həmyaşıdlarından seçilən fenomenal insan səmimiliyi, vətənpərvərliyi və digər nümunəvi davranışları ilə böyükdən-kiçiyə hər kəsin rəğbətini qazanır ki, bu da onun gələcək uğurlarını şərtləndirirdi. 1944-cü ildə gənclərin çoxunun arzusunda olduğu, lakin əldə edə bilmədiyi nailiyyəti qazanaraq dövlət təhlükəsizliyi orqanlarına qulluğa qəbul olunan Heydər Əliyev ömrünün 25 ilini həmin orqanda şərəflə qulluq keçir. Həyatı boyu əlinə düşən imkanlardan özünün şəxsi maraqları deyil, millətinin və dövlətinin naminə istifadə edən böyük insan fəaliyyətinin ilk günlərindən Azərbaycanı və xalqını xoşbəxt gələcəyə aparmağı qarşısına məqsəd qoyur və bu müqəddəs amal uğrunda qətiyyətlə mübarizə aparır. Ötən əsrin 20-30-cu illərində ermənilərin və qeyri millətlərin anti-Azərbaycan qüvvələrinin kök salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və eyni zamanda şərəfli işə ilk dəfə hələ sovet rejiminin ən güclü vaxtlarında məhz Heydər Əliyev başlayır. Bununla da 1950-1960-cı illərdə qeyrətli və milli əhval-ruhiyyəli gənclər Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb edilməklə, həm bu orqan milliləşdirildi, həm də xalqımızın namuslu övladlarına qarşı gözlənilən növbəti təqiblərin qarşısı alındı. Bu baxımdan Ulu Öndərin Dövlət Təhlükəsizlik Komitəsini azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri vətən və xalq qarşısında misilsiz xidmətlər kimi vurğulanmalıdır.

Sirr deyil ki, XX əsrin 60-cı illərinin əvvəllərində respublika iqtisadiyyatında öz həllini gözləyən çoxsaylı problemlər mövcud idi. Ölkəmiz həmin dövrə qədər Sovet İttifaqında ən geridə qalmış respublika kimi tanınırdı. Belə ki, respublikada sənaye potensialı və digər göstəricilər aşağı səviyyədə idi. Ölkəni geriləməkdən xilas etmək üçün Azərbaycanda xalqa əsl rəhbər ola biləcək şəxsiyyətə böyük ehtiyac duyulurdu. 1969-cu ildə hakimiyyətə gələn millətinin böyük oğlu Heydər Əliyev respublikamızı qısa müddətdə sürətlə inkişaf etdirdi, xalqımızın milli mənlik şüurunun alovlanmasına təkan verən məqsədyönlü tədbirlər həyata keçirdi və nəticədə Azərbaycan Sovet İttifaqında ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrildi. Bir müddət sonra isə ölkəmiz özünü tam təmin etməklə, ümumittifaq büdcəsinə töhfələr verən cəmi iki respublikadan biri oldu. Əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr daxilində məhdudlaşırdı, bununla belə, totalitar rejimin sərt tələblərinin qüvvədə olduğu bir dövrdə dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana ilk dəfə olaraq fikir plüralizmi, demokratik düşüncə tərzi, güclü sosial ədalət duyğusu gətirdi. O, keçmiş İttifaq rəhbərliyində çalışdığı illərdə müdrik bir siyasətçi kimi Azərbaycanın bütün sahələrdə daha da qüdrətlənməsi üçün əlindən gələni etdi. Müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə ixtisaslı mütəxəssislərin, peşəkar kadrların hazırlanması istiqamətində müdrik şəxsiyyət Heydər Əliyevin gördüyü nəhəng işlər uzaqgörənliyin parlaq sübutu idi. Ulu Öndər hələ 1969-1982-ci illərdə Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə gələcəkdə ölkəmizin müstəqil dövlət olması üçün fundamental işlərin hamısını uğurla həyata keçirib.

SSRİ-nin süqutu ilə əlaqədar yaranmış tarixi şəraiti düzgün qiymətləndirməklə, vəziyyətdən bəhrələnən xalqımız ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, AXC-Müsavat iqtidarı təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartdı. Müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr ölkə həyatını iflic edir, müharibə aparan, işğala məruz qalan dövlətdə vahid komandanlığa tabe olan ordu olmadığından silahlı qüvvələr ayrı-ayrı şəxslərin əlində alətə çevrilir, iqtisadiyyat tənəzzülə uğrayır, respublikada vətəndaş həmrəyliyi pozulur, hətta ölkədə "qardaş qanı" axıdılır və vəziyyət ADR-in acı taleyinin təkrarlanması, ikinci dəfə qazanılan müstəqilliyin yenidən tarixə qovuşması təhlükəsi həddinə çatır. Belə bir olduqca çətin şəraitdə dövlətçilik ənənələrinə böyük önəm verən və nicatın onda olmasına əmin olan xalq, doğru seçim edərək özünün sınanmış rəhbərini-Ümummilli Lider Heydər Əliyevi israrlı tələblə müstəqil Azərbaycanın rəhbərliyinə dəvət edir. Azərbaycanını və xalqını özündən çox sevən Ulu Öndər bütün təhlükələri gözaltına almaqla, heç birinə məhəl qoymadan xalqın çağırışını qəbul edərək, 1993-cü il 9 iyun tarixində Naxçıvandan Bakıya gəlir və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir. Bir müddət sonra Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan dünya şöhrətli siyasətçi Heydər Əliyev, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilir. Sağlam düşüncəli hər kəs yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin anda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nəinki bugünkü qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə, onun mövcudluğu şübhə altına düşə bilərdi. Ulu Öndər Heydər Əliyev növbəti dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə köklü islahatlar həyata keçirildi, dövlətimiz hərtərəfli qüdrətləndi və əhalinin rifahı yüksəldi. Belə ki, müdrik liderin qətiyyəti və mükəmməl siyasi strategiyası sayəsində 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə "Əsrin müqaviləsi" kimi möhtəşəm bir müqavilənin bağlanılmasına dövlətimiz nail oldu. Təbii ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tibilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan "Şahdəniz" layihəsinin, türk dünyasının bir-birilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi "İpək Yolu" layihəsinin reallaşması da bu dahi şəxsiyyətin xidmətləri idi. Aqil rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək kimi bir-birini tamamlayan iki istiqamət ölkənin inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli kimi çıxış etdi. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində də əsaslı islahatların aparılmasına zəmin yarandı. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğunda ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üçün təşəbbüs göstərməsi və bu işə hərtərəfli dəstək verməsi olub. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında "Heydər Əliyev Konstitusiyası" adlandırılır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Ulu Öndərin təşəbbüsü və şəxsi nəzarəti ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm hüquqi aktlar qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirildi. Görülən böyük işlər sırasında Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Mövcud ictimai münasibətlərə uyğun yeni Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası, Əmək və digər məcəllələrin hazırlanması isə bu sahəyə böyük töhfələr oldu.

Fərəhləndirici və qürurvericidir ki, bu gün ölkəmizin uğurları davamlı hal alıb və respublikamız daha da qüdrətlənib. Dövlətimizin hərtərəfli inkişafı prosesi müxtəlif illərin göstəriciləri ilə də öz təsdiqini tapıb. Belə ki, ölkəmizdə ilbəil qeyri-neft sənayesinin, kənd təsərrüfatının, eyni zamanda orta əməkhaqqının, orta pensiyanın və digər müavinətlərin artması, qeyd olunanlarla bərabər valyuta ehtiyatlarımızın qorunub saxlanılması və manatın məzənnəsinin sabitliyinin təmin edilməsi qazanılan nailiyyətlərin təzahürüdür.

Sözsüz ki, bu möhtəşəm uğurlar artıq 20 ilə yaxın müddətdir ki, Ulu Öndər Heydər Əliyev siyasətini yüksək məharətlə davam etdirməklə ölkəyə rəhbərlik edən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrikliyi, mükəmməl siyasi strategiyası, misilsiz xidmətləri və onun etibarlı silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük dəstəyi, xalqımızın əzmkarlığı, eləcə də sarsılmaz xalq-iqtidar birliyi sayəsində qazanıllb və əmin ki, davamlılığı təmin ediləcək.

Qeyd olunanlar onu göstərir ki, Ümummilli Lider Heydər Əliyevin dövrün tələblərinə uyğun uğurla davam etdirilən müdrik siyasəti və həyata keçirilən ölməz ideyaları həmişə olduğu kimi, bu gün də dövlətimizə və xalqımıza fayda verməkdədir və gələcəkdə də bu tendensiya davam edəcək. Odur ki, Ulu Öndər bütün azərbaycanlıların qəlbində son nəfəsədək yaşayacaq və hər kəs böyük tarixi şəxsiyyəti daim sonsuz məhəbbət hissləri ilə xatırlayacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4335   Tarix: 04 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17-22 may tarixlərində Bakı metrosunun iş rejimi dəyişəcək

WUF13 tədbiri dövründə Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə -in Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin müddətdə həmçinin əlavə işçi qüvvəsi və könüllülər metroya cəlb olunacaq:. "17-22 may 2026-cı il tarixlərind

29 aprel
.

Borca görə ölkədən çıxış qadağası: Yeni qaydalar prosesi necə sürətləndirir? - AÇIQLAMA

Borca görə ölkədən çıxışa məhdudiyyət qoyulması məsələsi son illər vətəndaşlar arasında ən çox müzakirə olunan hüquqi mövzulardan biridir. Bir çox hallarda insanlar borcun mövcudluğunun avtomatik şəkildə belə bir qadağaya səbəb olub-olmadığını dəqiq bilmirlər. Bəs, borca görə ölkədən çıxışa hansı hallard

28 aprel
.

Şəhla müəllimə işdən çıxıb? - Vəkilindən açıqlama

"İdrak" Liseyində silahlı insidentdə xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı yayıb. Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Ə.Ş.-nin ailəsi ilə "İdrak" Liseyinin rəhbəri Mönsüm Alışovun oğlu İdris Alışo

28 aprel
.

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Xaçmaz rayon sakini ehtiyatsızlığın qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, aprelin 26-sı saat 12 radələrində 1976-cı il təvəllüdlü Faiq Ələsgərov yaşadığı Hacıəlibəy kəndindəki evində ehtiyatsızlıqdan dərman preparatları qəbul edib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib v

29 aprel
.

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Azərbaycanda ali təhsil müəssisələri üçün sonuncu tədris günü məlum olub. Qaynarinfo xəbər verir ki, 26 may tarixində dərslər yekunlaşacaq. Qeyd olunub ki, bundan sonrakı dövrdə yay imtahan sessiyasının keçirilməsi planlaşdırılır. Tələbələrin biliklərini yoxlaması müddəti təxminən 1 ay davam edir

28 aprel
.

Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub. -ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb. Nazirin əmri ilə Seymur Mahmudlu DSMF-nin Strateji planlaşdırma və investisiyalar departamentini

29 aprel
.

"NEW MED KLINIKA"da şəfa tapmaq olarmı?

Ölkədə özəl tibb sektorunda şəffaflıq və qanunlara əməl olunması dəfələrlə gündəmə gətirilsə də, bəzi klinikalar görünən odur ki, bu tələbləri açıq şəkildə görməzdən gəlməkdə davam edir. "NEW MED KLINIKA" ilə bağlı daxil olan məlumatlar isə vəziyyətin düşündüyümüzdən daha ciddi olduğunu göstərir.İddialar

27 aprel
.

Məzunlar üçün yeni tələblər təsdiqləndi

Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib. Qaydalarda VII-XI siniflər üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəy

29 aprel
.

10 yaşlı Eldarı maşınla vurub öldürən əsgərlikdən məzuniyyətə gəlibmiş

Marneuli-Bolnisi magistralının Kolayır kəndi ərazisində avtomobillə 10 yaşlı azərbaycanlı Eldar Hüseynovu vuraraq öldürən sürücü saxlanılıb. "Qafqazinfo" portalına istinadən xəbər verir ki, hadisədən sonra 19 yaşlı sürücü gecə saatlarında polis tərəfindən tutulub. Məlumata görə, qəzanı törədə

29 aprel