Mustafa Tayatla arvadı üz-üzə: Bakıda 300 minlik ev davası

Mustafa Tayatla arvadı üz-üzə: Bakıda 300 minlik ev davasıAzərbaycanda tanınmış geyim mağazalarının sahibi Mustafa Tayatla həyat yoldaşı Suzana Tayat arasında əmlak bölgüsünə görə mübahisə yaşanıb, tərəflər bir-birini məhkəməyə veriblər.

"Qafqazinfo"nun məlumatına görə, Mustafa Tayat 2021-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib. Bundan sonra həyat yoldaşı Suzana Tayat Nərimanov Rayon Məhkəməsinə müraciət edərək nikah dövründə satılmış ərinə məxsus mənzilin dəyərinin yarısını istəyib.

O iddia edib ki, boşanma ərəfəsində əri təcili olaraq mənzili dostu Ahmet Tanyıldıza satıb. Qadın deyib ki, Mustafa Tayatın əsas məqsədi rəsmiyyətdə adına daşınmaz əmlakın olmamasını təmin etmək, bununla da həmin mənzili tərəflərin birgə mülkiyyəti kateqoriyasından çıxarmaq olub. Suzana Tayat bu səbəbdən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istəyib.

Lakin məhkəmədə məlum olub ki, o, 2019-cu ildə mənzilin satılmasına etiraz etməməsi barədə ərinə etibarnamə verib. Qadın həmin ərəfədə ailədə problemləri olmadığı üçün etibarnamə verdiyini, lakin o vaxt mənzilin satılmadığını bildirib.

Nərimanov Məhkəməsi iddianı qismən təmin edib. Belə ki, Mustafa Tayatdan 300 min manata satılmış mənzilinin dəyərinin 50 faizi - yəni 150 min manatın tutularaq arvadına ödənilməsi barədə qərar çıxarılıb.
Lakin hər iki tərəf qətnamədən narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Suzana Tayat evin daha baha qiymətə olduğunu, daha çox pul ödənilməli olduğunu bildirib. Mustafa Tayat isə qeyd edib ki, ev ipoteka krediti ilə alınıb və o evi sataraq krediti bağlayıb. Buna görə də qətnamənin ləğvini tələb edib.

Bakı Apellyasiya Məhkəməsi qətnaməni ləğv edərək Mustafa Tayatın xeyrinə qərar çıxarıb. Lakin Suzana Tayat Ali Məhkəməyə müraciət edib. Bu dəfə də Ali Məhkəmə qərarı ləğv edərək işi yenidən apellyasiya instansiyasına qaytarıb. Hazırda işə Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun icraatında yenidən baxılır.

Qeyd edək ki, M.Tayat Azərbaycana 2008-ci ildə gəlib və burada öz adını daşıyan mağazalar şəbəkəsi qurub. 10-dan çox mağaza açıb. Zaman-zaman adı qalmaqallarda hallanıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1365   Tarix: 05 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

7 noyabr
.

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video

"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub. Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli fil

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr