"Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri siyasi və iqtisadi əhəmiyyəti siyasətimizin yaddaqalan mərhələsi sayılır"-RƏY
"Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri siyasi və iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də hücum siyasətimizin çox yaddaqalan mərhələsi sayılmalıdır. Xüsusən son dövrlər İranın mədəni irsimizlə, bu çərçivədə dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti və yaradıcılığı ilə bağlı saxtakar iddiaları fonunda elam-ari, aysor-suryani qarışığı İrandan fərqli olaraq zəngin fars ədəbi-mədəni irsinin əsl sahibləri olan tacik toplumundan Azərbaycanın haqq mövqeyinə dəstək Tehrana gözləmədiyi yerdən zərbə oldu".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Prezident Emoməli Rəhmonun Azərbaycanın böyük oğlu Nizami Gəncəvini "xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin" kökündə dayanan amillərdən olduğunu bəyan etməsi, hər bir tacikin evində Nizamiyə bəslənən dərin hörmətdən bəhs olunması indiki həssas məqamda Azərbaycanın haqqa əsaslanan mövqeyinə ciddi siyasi dəstək oldu.
"Cənab İlham Əliyevin isə "dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş" Nizamiyə farsdilli Tacikistanda ehtiram bəslənməsindən razılığını ifadə etməsi 30 il Qarabağ və Şərqi Zəngəzuru talan etdiyi kimi mədəni nümumələrimizi də oğurlamağa çalışan irs oğrusu İranın çirkin iddialarına son nöqtəni qoydu".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 628 Tarix: 08 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBoşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
19 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrPensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ
19 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabr