Bakı-Tehran gərginliyi: Kreml hansı addım atır?
Rusiyanın hazırda münasibətlərində gərginlik yaşanan hər iki ölkə - həm Azərbaycan, həm də İranla tərəfdaş, dost əlaqələri var.
Bu sözləri tanınmış rusiyalı siyasi şərhçi Sergey Markov Azərbaycanla İran arasında münasibətlərin səviyyəsinin aşağı düşməsi haqda danışarkən deyib.
O bildirib ki, vaxtilə Rusiya-İran münasibətləri də yaxşı deyildi:
"Rusiyanın bir vaxtlar İranla münasibətləri də gərgin idi. Bu, Xameneinin Rusiyanı "balaca şeytan" adlandırdığı zamanlara aiddir. Sonra bu münasibətlər tədricən yaxşılaşmağa başladı və pozitiv, neytral bir əlaqələr formalaşdı.
Rusiya nüvə proqramı ilə bağlı İrana qarşı qoyulan sanksiyalarda iştirak etmədi. Xüsusi hərbi əməliyyat başlayandan sonra isə Rusiya ilə İran arasında münasibətlər daha da yaxşılaşdı. Ona görə ki, İran Rusiyaya müxtəlif hərbi sursatlar göndərməyə başladı".
Markovun sözlərinə görə, Rusiyanın Azərbaycana münasibəti xüsusidir:
"Çünki Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Amma iranlılar bizdə çox azdı. Mədəniyyətlərarası və insani münasibətlər İranla müqayisədə Azərbaycanla ikiqat daha əhəmiyyətlidir. Ona görə, Rusiya ölkər arasında olan gərginliyin azaldılması üçün üzdə görünməyən böyük aktivlik göstərir".
Ekspert vurğulayıb ki, Rusiya gərginliyi azaltmaq üçün səy göstərsə də, konkret mövqe bildirməyəcək:
"İranla Azərbaycan arasında münaqişə yaradacaq səviyyədə ziddiyyət yoxdur. Rusiyanın baxışına görə, münaqişə ehtimalı çox azdır. Gərginlik artacaq, müəyyən bəyanatlar olacaq, lakin münaqişəsiz ötüşəcək. Unutmayaq ki, İranla Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi kimi ümumi layihələri var".
Axar.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb