İştahla yediyimiz kolbasa: İçində ət yoxdursa, nələr var? - ŞOK FAKTLAR

İştahla yediyimiz kolbasa: İçində ət yoxdursa, nələr var? - ŞOK FAKTLARƏsl kolbasa və sosiska donuz ətindən hazırlanar... Yəqin bu cümləni böyük əksəriyyətiniz eşitmisiniz. Belə bir fikir əsasən də yaşı 40-dan yuxarı olan, daha doğrusu, ömrünün müəyyən hissəsini müstəqillikdən əvvəlki dönəmdə keçirmiş insanların beynində formalaşıb. Donuz ətinin İslamda haram buyurulduğunu dərk etdiyimiz üçün "Halal" etiketli kolbasa və ya sosiska axtaranda hətta o şəxslərin bu cür tənəsinə də məruz qalırıq: "Əşşi, ağzının dadını bilmirsən". Amma kimdir axı o iradlara məhəl qoyan?! Hər əməlimiz haramdan uzaq olduğu kimi, mədəmizin də halallıqla dolmasına can atırıq... Odur ki, ərzaq mağazalarında satıcılardan halal məhsul – mal və quş ətlərindən hazırlanmış kolbasa, sosiska istəyirik. Təbii ki, istədiyimizi də alıb yeyirik. Amma...

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülərək müvafiq laboratoriyalara təqdim olunması və sınaq nəticəsində 9 məhsuldan götürülən nümunələrin normativ sənədlərin tələblərinə cavab verməməsi barədə məlumat yayıb. O da müəyyən edilib ki, sözügedən ət məhsullarının bəzilərinin üzərində mal ətindən hazırlandığı bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb.

Publika.az sözügedən məsələ ilə əlaqədar qida ekspertlərindən açıqlama alıb.

"İddia olunur ki, uyğunsuzluq aşkar edilən həmin məhsulların hazırlanmasında donuzun sümüklərindən (üyüdülmüş şəkildə), toyuğun dərisindən və digər müxtəlif çıxıntılardan istifadə edilib. Aydındır ki, burada məqsəd məhsulun maya dəyərinin ucuz başa gəlməsidir. Həmçinin qeyd olunan o kolbasa və sosiskalara oksidləşməyə qarşı rəngləndirici (mal əti təəssüratını yaradan qırmızı rəng) və dadlandırıcı kimyəvi maddələr qatılır", - ekspert Ağa Salamov bildirib.

A.Salamov bildirib ki, işbazların bu addımı yalnız insanların sağlamlığına zərər vurmaq kimi deyil, eyni zamanda istehlakçı hüquqlarına hörmətsizlik, alıcıların aldadılması kimi qiymətləndirilməlidir.

Ekspert onu da vurğulayıb ki, evsayağı hazırlanan kolbasa və sosiskaların nisbətən keyfiyyətli olduğunu düşünür: "Çünki istehsal şirkətlərindən fərqli olaraq, ən azından onların hazırlanmasında kimyəvi qatqılardan istifadə olunmur".

Mövzu ətrafında fikirlərini bölüşən mütəxəssis Seymur Qafarov isə qeyd edib ki, dövlətimiz xalqa "halal məhsul" adı altında kələk gələn haramzadə sahibkarlara qarşı daha ciddi tədbirlər görməlidir. Qida mütəxəssisi bu yöndə öz təkliflərini irəli sürüb:

"Riskli və xüsusi riskli məhsulların reyestri yaradılmalıdır. Mütəmadi olaraq monitorinqlər aparılmalı, həmin monitorinqlərin nəticəsi olaraq, şirkətlərə bir ulduz və ya nişan verilməlidir. Həmin ulduz (nişan) məhsulun etiketində qeyd olunmalıdır. Məsələn, etiketin üzərində iki ulduz olmalıdır. Onlardan biri gigiyenik qaydalara riayəti, ikincisi isə təhlükəsizlik məqsədilə laborator analizlərin nəticəsini əks etdirməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1568   Tarix: 08 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

7 noyabr
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr