İran Azərbaycanı bu cür görmək istəyir

İran Azərbaycanı bu cür görmək istəyirİranı narahat edən Azərbaycanın dünyəvi və müstəqil ölkə olmasıdır. Panfarsistlər müasir və inkişaf edən Azərbaycanın Cənubi Azərbaycanda milli oyanışa səbəb ola biləcəyini düşünürlər.

Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev İranın Azərbaycana qarşı son vaxtlar açıq düşmənçiliyinin səbibi haqda danışarkən deyib.

O bildirib ki, İran güneylilərin Azərbaycan Respublikasını problemlər və səfalət içərisində çabalayan bir ölkə kimi görməsinə çalışır:

"İrandakı rejim dini ideologiyaya yox, panfarsizm dünyagörüşünə söykənir. Problemlər də burdan qaynaqlanır. Rejim türklərə, İranda yaşayan digər xalqlara nifrət edir. Amma bu nifrət rejimin sonunu gətirəcək. Biz farslara yox, fars sovinizminə qarşıyıq. İrandakı rejim ölkənin bütövlüyünü qorumaq istəyirsə, digər xalqlara hörmət etməli, onlar barəsində aşağılayıcı lətifələr qoşub fars olmayanların milli heysiyyatına toxunmamalı, onlara öz dillərində yazıb-oxumağa, mədəniyyətlərini inkişaf etdirməyə imkan yaratmalıdır. Başqa xalqları əsarət altında saxlamaq üçün öz millətini - farsları da adi insani hüquqlardan məhrum etməməlidir.

Biz İranla həmişə yaxın qonşuluq münasibətləri qurmaqda və sıx əməkdaşlıqda maraqlı olmuşuq, bu gün də maraqlıyıq. Həmişə bəyan etmişik ki, bizim başqa dövlətlərlə əməkdaşlığımız İrana qarşı yönəlməyib, biz heç vaxt öz ərazimizdən İrana qarşı istifadə olunmasına yol verməyəcəyik. Biz İranın daxili işlərinə qarışmamışıq, separatizmi dəstəkləməmişik. Amma çadraya bürünmüş panfarsistlərin bizə münasibətdə yürütdüyü düşmənçilik siyasəti yaxın qonşu və dost ölkələr olmağımıza imkan vermir. İran yanlış olaraq düşünür ki, Azərbaycanla düşmənçilik onların maraqlarına cavab verir. Yaranmış gərginliyə və münasibətlərin korlanmasına görə bütün məsuliyyət İranın üzərinə düşür. İran münasibətlərin normal məcraya düşməsini istəyirsə, Azərbaycana yönəlik düşmənçilik siyasətinə son qoymalı, işğalçını və separatizmi dəstəkləməməli, Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır".

Axar.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1178   Tarix: 08 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr