Rəsulzadə küçəsinin adı dəyişdirilib? - RƏSMİ AÇIQLAMA
Bəzi sosial şəbəkələrdə və Youtube kanallarında Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadə küçəsinin adının dəyişdirilməsi ilə bağlı məlumat yayılıb.
Şirvan Şəhər İcra Hakimiyyətindən bildirilir ki, Şirvan şəhərinin mərkəzi prospektlərindən biri Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır, şəhərin Hacıqəhrəmanlı qəsəbəsində də Məhəmməd Əmin Rəsulzadə küçəsi mövcuddur:
"Prospekt şəhərin Xəqani küçəsindən başlayaraq Naxçıvan küçəsinə qədər olan ərazini, Hacıqəhrəmanlı qəsəbəsində isə mərkəzi küçəni əhatə edir.
Hazırda "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" na uyğun olaraq, Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan prospektdə və küçədə abadlıq və quruculuq işləri aparılır.
Belə ki, Şirvan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidənqurulması istiqamətində görülən işlər çərçivəsində şəhərin Məhəmməd Əmin Rəsulzadə prospektinin bir hissəsində diametri 400 mm-lik olan, uzunluğu 650 p/m yeni kanalizasiya şəbəkəsinin qurulması işləri davam etdirilir.
Hacıqəhrəmanlı qəsəbəsi Məhəmməd Əmin Rəsulzadə küçəsində isə abad məhəllənin salınması üçün hazırlıq işləri aparılır. Şəhər mərkəzi ilə yanaşı 2023-cü ildə qəsəbələrdə də abad məhəllələrin salınması ilə əlaqədar layihələndirmə işləri başa çatdırılıb. Layihə üzrə şəhərin Hacıqəhrəmanlı qəsəbəsi Məhəmməd Əmin Rəsulzadə və Bayramlı qəsəbəsi Mirzə Ələkbər Sabir küçələrində salınacaq abad məhəllələrdə sakinlərin istirahəti üçün lazımi şərait yaradılacaqdır. Burada söhbətgahlar, uşaq əyləncə qurğuları, oturacaqlar quraşdırılacaq, ərazi abadlaşdırılaraq yaşıllaşdırılacaqdır.
Sosial şəbəkə istifadəçilərdən və jurnalistlərdən əsassız məlumatların yayılmamasını və vətəndaşlarda çaşqınlıq yaratmamalarını xahiş edirik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1666 Tarix: 09 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
8 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabrBu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı
Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin
8 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabrNoyabrın 9-u bu yollar BAĞLANACAQ
Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də
6 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabr