Bakını təhlükəli oyuna çəkirlər, hədəf Ərdoğandır

Bakını təhlükəli oyuna çəkirlər, hədəf Ərdoğandırİsrailin Qüdsdəki Əqsa məscidinə basqınından dərhal sonra Türkiyə Prezidenti Ərdoğanla İran Prezidenti Rəisi arasında keçirilən və islam dünyasının həmrəyliyinin çox gərəkli olduğunun xüsusi vurğulandığı telefon danışığının ardınca, son günlər bir-birinə meydan oxuyan Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında da danışıqlar baş tutub. Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışıqları barədə hər iki tərəfdən verilən rəsmi açıqlamalarda seçilən cümlələrin ümumi ruhunun mövcud gərginliyin götürülməsinə hesablandığı aşkar görünür.

Bu sözləri politoloq Elxan Şükürlü 7 və 8 aprel tarixlərində Azərbaycan və İran XİN başçıları Ceyhun bayramov və Hüseyn Əmir Abdullahian arasında baş tutan telefon danışığı haqda qeyd edib.

O bildirib ki, bu danışıqlar İran-Azərbaycan münasibətlərində körüklənən gərginliyin dərhal aradan götürüləcəyi qənaəti və arxayınlığı yaratmamalıdır:

"Çünki həm İranın, həm də Azərbaycanın içərisində münasibətlərin məhz bu ərəfədə gərgin saxlanılmasında hədsiz maraqlı tərəflər var və bu "üçüncü əl" qətiyyən sakit durmayacaq. Bu "üçüncü əl"in sahibləri çox yaxşı bilirlər ki, İran-Azərbaycan münasibətlərinin süni şəkildə gərginləşdirilib müharibə həddinə çatdırılması seçkilərə hazırlaşan və daxildən ciddi təhlükələr gözləyən Ərdoğan Türkiyəsini də zorən bu savaşa çəkəcək, bu həssas siyasi şəraitdə Türkiyə kəşfiyyatının, təhlükəsizlik qüvvələrinin diqqətini içdən, əsas hədəflərdən yayındırmağa və əlavə problemlərlə yüklənməyə vadar edəcək.

Türkiyədəki 14 may seçkiləri regionumuzun və Türkiyənin geopolitik taleyini həll edəcək hadisədir, Ərdoğanın seçilməməsini və Türkiyədə qarışıqlıq düşməsini istəyənlərin hamısı məhz bu ərəfədə hərəkətə gətiriləcək. FETÖ-nün əliylə 2016-cı ildə devirməyə çalışdıqları Ərdoğanın son illərdə həyata keçirdiyi Rusiya və İranla yaxınlaşma siyasətində, "3+3" formatının reallaşmasında bzim ölkəmiz - Azərbaycan çox önəmli yer tutur, bir növ, bağ rolunu oynayır. İndi Ərdoğanın əsas düşmənləri üçün ən zəif həlqə də məhz Azərbaycandır".

Ekspertin fikrincə, Azərbaycan üzərindən "Karlov sui-qəsdi"nə, "təyyarə qalmaqalı"na bənzər ssenarilərlə qurulan oyunlar, təşkil edilən fitnəkar addımlar Ərdoğanın həm Rusiya, həm də İranla münasibətlərini korlayaraq, onun təklənməsinə və yenidən Qərb çətiri altına sığınmasına gətirib çıxara bilər:

"Azərbaycan cəmiyyəti və dövləti indi həmişəkindən daha ayıq-sayıq davranmalı, zorən çəkildiyi ssenarilərdən yayınmağı bacarmalı, fitnəyə qətiyyən uymamalıdır. Əks halda, bizi qurucusu olmadığımız bir oyuna çəkib, orada rahatca məğlub edəcəklər".

Axar.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3644   Tarix: 09 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr