"Azərbaycan hər zaman Fələstin dövlətinin və xalqının yanında olub" - ŞƏRH

"Azərbaycan hər zaman Fələstin dövlətinin və xalqının yanında olub" - ŞƏRH"Azərbaycan dövlət və xalqı hər zaman Fələstin xalqının və dövlətinin yanında olub. Azərbaycan bütün platformalarda Fələstinlə bağlı qəbul edilən qətnamə və sənədləri dəstəkləyib. Birləşmiş Millətlər Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının Fələstinlə bağlı qəbul etdiyi bütün qərarlarda Fələstinlilərin yanında olub. İsraildə Azərbaycan səfirliyinin açılması məsələsinə gəldikdə isə bu gün təkcə Azərbaycan yox, digər müsəlman ölkələri də bu ölkədə səfirlik açıblar. Artıq bir neçə ərəb ölkəsinin Fələstində səfirliyi fəaliyyətə başlayıb".

Bu Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, eyni zamanda, Azərbaycan təkcə İsraildə səfirlik açmadı, Fələstində də Azərbaycanın nümayəndəliyi fəaliyyət başladı.

"Xarici İşlər naziri Ceyhun Bayramov Fələstini də ziyarət etdi. Azərbaycan Fələstində Fələstinlilər üçün məktəb tikməyi planlaşdırır. Burada belə haqlı sual yaranır. Niyə İran Fələstində səfirlik açan digər ölkələrə etiraz etmədi? İsraildə həmin ölkələrin səfirliyinin açılmasını qınamadı? Niyə məhz Azərbaycanla bağlı belə mövqeyi sərgilədi?
Hesab edirəm İranın belə reaksiyası verməsinə son dövrlər İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda yanaşmaq lazımdır. İran bu cür addımlarla Azərbaycanın İranlı bağlı mövqeyinə və atdığı addımlara təsir etmək istəyir. İranda bəziləri düşünür ki, bu cür addımlarla Azərbaycanın mövqeyinə təsir etmək mümkündür. Ancaq yanılırlar. Son proseslər də göstərdi ki, İranın atdığı addımlara cavab olaraq Azərbaycan ən sərt qərarları qəbul etməyə hazırdır. İran səfirliyinin 4 əməkdaşlığının ölkəmizdən çıxarılması bunu bir daha təsdiq etdi.
İran Xarici İşlər nazirinin son günlər Azərbaycanlı həmkarına arda-arda zəng etməsi İranın Azərbaycanın qəbul etdiyi qərarlardan ciddi narahat olduğunu göstərir. İran niyə narahatdır? İranı hazırda ən çox narahat edən məsələ 30 ildə Azərbaycanda böyük maliyyə vəsaiti ayıraraq yaratdığı şəbəkənin çökdürülməsidir. Bu şəbəkənin çökdürülməsi İranın Azərbaycanla bağlı hədəflədiyi planın süquta uğraması anlamına gəlir.Əlbəttə münasibətlərin sonrakı mərhələsi İranın özünü necə aparmasından çox asılıdır. Əslində mən də düşünürəm ki, gərginliyin azaldılması üçün müəyyən addımlar atılmasına baxıla bilər. Ancaq bu daha çox İrandan asılıdır. İran təxribatlara son qoymalıdır.
Ancaq bütün hallarda Azərbaycandakı İran şəbəkəsinin çökdürülməsi istiqamətində addımlar davam etdirilməli, İranın Azərbaycanın daxili işlərinə qarışmasına, İrandan Azərbaycana qarşı təbliğata son qoyulmalıdır.İranın ümumi siyasətinə baxsaq, bu siyasətdən geri çəkilmək mümkünsüz görünür. Ancaq bu şəbəkənin Azərbaycan əleyhinə fəaliyyətinin qarşısı indiki həssas məqamda alınmasa gələcəkdə yenə belə xoşagəlməz hallar yaşayacağıq. Azərbaycanın inkişafı və təhlükəsiz gələcəyi bu məsələdən çox asılıdır. Bu məsələni çətin də olsa birdəfəlik həll etməyə çalışmalıyıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1072   Tarix: 10 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr