Gəncədə qadın keçmiş baldızına xəsarət yetirdi

Gəncədə qadın keçmiş baldızına xəsarət yetirdiGəncə şəhərində 1986-cı il təvəllüdlü Nazilə ailə münaqişəsi zəminində keçmiş baldızı Rəqsanəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, Nazilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evində keçmiş baldızı Rəqsanə ilə mübahisə edib.

O, aralarında baş vermiş mübahisə zamanı əli ilə Rəqsanənin boyun nahiyəsindən tutub, dırnaqları ilə boğaz və sinə nahiyəsini cıraraq ona xəsarətlər yetirib.

Nazilənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nazilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2009-cu ildən 2016-cı il tarixədək Rasim ilə qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşayıblar:

"Həmin dövrdə mütəmadi olaraq aramızda ailə münasibətləri zəminində mübahisələr olduğu üçün Rasimdən ayrılmaq qərarına gəldim. Rasimdən ayrıldıqdan sonra məhkəməyə müraciət etdim və Rasim ilə birlikdə yaşadığımız evdən yaşayış hüququ aldım".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən 18.30-da məhkəmənin qətnaməsi əsasında yaşamaq hüququ olan evə gedib:
"Evə daxil olduqdan sonra yaşamaq hüququm olan otaqda uzun müddət yaşayış olmadığı üçün neft ilə otağı silməyə başladım. Həmin vaxt evdə olan Rasimin arvadı Ruhiyyə ona zəng vurdu və Rasimi evə çağırdı. Bir neçə dəqiqədən sonra Rasim evə gəldi və mənimlə sözlə mübahisə etməyə başladı. Aramızda mübahisə başa çatdıqdan sonra Rasimin arvadı yaxınlıqda yaşayan keçmiş baldızım Rəqsanəni çağırdı. Rəqsanə saat 18.50-də həmin evə gəldikdən sonra ünvanıma nalayiq söyüşlər işlətdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı Rəqsanə üzərimə gəldi və əli ilə saçımdan tutdu. Həmin vaxt mən də onun saçından tutmaq istədim. Amma boyu uca olduğundan tuta bilmədim və əlim Rəqsanənin boğaz nahiyəsinə dəydi. Həmin vaxt yanımızda olan Rasim araya keçdi və məni tutaraq saxladı. Bu zaman Rəqsanə iki əli ilə saçımı yolmağa davam etdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisə zamanı qızı da yanında olub və baş verənləri görüb:

"Evə daxil olan zaman Rasimin arvadı tək olub. Daha sonra baldızım Rəqsanə və keçmiş qayınanam da gəldilər".

Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alıb.

Bu səbəbdən Nazilənin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1090   Tarix: 10 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin özünü buraxması: Qarabağda siyasi-hüquqi mərhələnin sonu

2023-cü il sentyabrın 19-20-də Qarabağda baş verən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin və Cənubi Qafqazın siyasi reallığının ən mühüm dönüş nöqtələrindən biri oldu. Hadisələrin əhəmiyyəti yalnız 23 saatdan az davam edən hərbi əməliyyatın nəticələri ilə məhdudlaşmırdı. Bu prose

19 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr