Deputat: "İndiki müxalifət İrəvanı Ermənistana verən Xalq Cümhuriyyətinin varisidir"

Deputat: "İndiki müxalifət İrəvanı Ermənistana verən Xalq Cümhuriyyətinin varisidir""5 il əvvəl aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı yenidən İlham Əliyevə etimad göstərərək Prezident seçdi. İlham Əliyev 1993-cü ildən ümummilli lider Heydər Əliyevin başlatdığı və 2003-cü ildən özünün davam etdirdiyi çoxşaxəli fəaliyyətin hesabatını məhz bu dönəmdə, böyük zəfərimizlə verərək Azərbaycanı regionda əsas gücə çevirdi".

Sonxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin aprelin 11-də keçirilən plenar iclasında deyib.

O vurğulayıb ki, bu gün bütün uğur və qələbələrimizin təməlində məhz Ali Baş Komandan İlham Əliyevin xalqa verdiyi vədlərə sadiq qalması dayanır: "Bu gün sosial media anarxiyası şəraitində bəziləri hətta özlərini müstəqilliyin banisi, Sovetlər quruluşunu çökdürən super qəhraman kimi sırımağa çalışırlar. Baxmayaraq ki, həmin dövrün təhlili göstərir ki, bu adamlar əksinə o zaman Azərbaycan xalqının suverenliyi yolunda ən böyük maneəyə çevrilmişdilər".

Deputat söyləyib ki, son günlər xəyanətkar qvardiya yenidən aktivləşib, amma bir dənə sağlam arqument yoxdur: "Bunlar nə üzlə demokratik dəyərlərdən danışırlar?! Halbuki nazir gəlib canlı efirdə aparıcını döyürdü. Hansı haqla, hansı nəticə ilə bunlar sosial rifahdan, iqtisadiyyatdan danışırlar? 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə 1600 faiz infliyasiya göstəricisi var idi, bu idi bacardıqları. Bütün bunların fonunda utanmazcasına elə bir mühit formalaşdırılar sanki, Azərbaycan dövlətçiliyinin, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin irsinin varisi bunlardır. Bəli, siz Xalq Cümhuriyyətinin İrəvanın Ermənistana verilməsi prosesinin varisliyini davam etdirdiz, hakimiyyətə gəlmək, hakimiyyətdə torpaqları ya satdınız ya da ermənilərə peşkəş verdiniz".

B.Məhərrəmov deyib ki, bu antimilli dairələr, onların sosial mediaya birə darışmış xain ünsirləri indi də casusları müdafiə etməklə belə bir fon yaratmaq niyyətindədirlər: "Sanki, biz xainləri yox dindarları hədəfə almışıq. Ay adam, ay insan Heydər Əliyev və İlham Əliyev hakimiyyəti illərində ölkədə tikilən məscidlərin sayı sənin o xəyanətkar şuranın üzvlərinizin sayından çoxdur.

Qonşu dövlətin casuslarına möhtac qalan, yaxud əməli məhkəmə qaydasında sübut olunmuş məhbusların estafet kimi bir-birinə ötürdükləri saxta "aclıqlarla" qidalanan, bu sayədə ayaqda qalan bir müxalifət heç nəyə yaramır. Ona görə də bu ali tribunadan bir daha bəyan edirik ki, hər kəs həddini, yerini biləcək. İlham Əliyev siyasətinin alternativi yoxdur və bundan sonra da yalnız və yalnız Heydər Əliyev yolu davam edə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1170   Tarix: 11 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

8 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

"Zəfərdən doğan işıq" - Qarabağda quruculuq və bərpa prosesi diqqət mərkəzində

Qarabağda Böyük Qayıdışa doğru atılan addımlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri "Zəfərdən doğan işıq" adlı verilişdə işıqlandırılacaq. xəbər verir ki, verilişdə Qarabağın yenidən qurulması istiqamətində görülən işlər, müasir infrastruktu

7 noyabr