Aprelin 18-i ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda hava şəraiti ilə bağlı proqnozlar açıqlanarkən meteohəssas insanlar üçün əlverişsiz hava temperaturu barədə xəbərdarlığa tez-tez rast gəlirik.
BAKU.WS-in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin açıqlaması əslində baş verən maqnit qasırğasından xəbər verir.
Bu qasırğanın varlığı, necə baş verməsi və insanlar üçün hansı təhlükə kəsb etməsi böyük maraq doğrurur.
Məsələ ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Aynur Abdulkərimova BAKU.WS-ə bildirdi ki, geomaqnit sahəsinin aktivliyi günəşdə baş verən fəallıqla əlaqəlidir və günəş küləyi vasitəsilə geomaqnit sahəsinə təsir edən yüklü zərrəciklər yerin maqnit xətlərini kəsərək geomaqnit qasırğasına səbəb olur:
"Bu ay üçün 20, 27 və 30 aprel tarixlərində zəif geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır. 18 apreldə isə geomaqnit sahəsinin aktiv olacağı gözlənilir. Maqnit qasırğalarının yüksək səviyyələrində radio siqnalların, peyk rabitəsinin kəsilməsi baş verə bilər. Sualtı internet kabellərinin, peyklərin, elektrik şəbəkələrin zədələnməsi də baş verə bilər ki, nəticədə insanlar üçün böyük problem yaranar".
Tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə vurğuladı ki, maqnit qasırğası elektromaqnit dalğalarının yaratdığı elektromaqnit sahəsinin normadan yüksək olmasıdır: "Bu, günəşdə baş verən proseslərlə bağlıdır. Maqnit qasırğasının əsas təsiri meteohəssas insanlara aiddir. Bu şəxslərdə elektromaqnit dalğası fonunda qan təzyiqi dəyişir, haldan-hala düşülür və başqa hallar qeydə alınır.
Həmin şəxslər proqnozlara diqqət etməli, imkan daxilində göstərişlərə əməl etməli, evdə qalmalı və həkimlə əlaqə saxlamalıdır. Orqanizmdə əsasən törədilən dəyişiklik funksional dəyişiklərdir, üzvü dəyişiklik deyil. Daha çox qan təzyiqi oynayır, nəbz yüksəlir, erək döyünməsi artır, boğulmalar və başqa hallar baş verə bilir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6537 Tarix: 11 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
Bakı şəhərində səkilər, həyətlər, park və bağların abadlaşdırılması və təmiri ilə bağlı işlər görüləcək. -in əldə etdiyi məlumata görə, layihəni "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC icra edəcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 65 milyon manata yaxındır. Layihə çərçivəsində səkiləri
29 aprelAzərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq
"Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq". xəbər verir ki, bu fikirləri Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, ərazi planlaşdırılması istiqamətində həyat
29 aprelAzərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq
Azərbaycanda ali təhsil müəssisələri üçün sonuncu tədris günü məlum olub. Qaynarinfo xəbər verir ki, 26 may tarixində dərslər yekunlaşacaq. Qeyd olunub ki, bundan sonrakı dövrdə yay imtahan sessiyasının keçirilməsi planlaşdırılır. Tələbələrin biliklərini yoxlaması müddəti təxminən 1 ay davam edir
28 aprelYüksək bal toplayan müəllimlər direktor ola biləcək
"Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib
28 aprelMəktəblərdə rus sektoruna qəbul qaydası dəyişdi
Xəbər verdiyimiz kimi, növbəti tədris ilindən etibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibə qaydası təsdiqlənib. Trend-in əldə etdiyi məlumata əsasən, I sinfə qəbul üzrə müsahibələr ildə 1 (bir) dəfə olmaqla cari ilin may-iyun aylarında, II-XI siniflər üzrə müsahibələ
28 aprelSeymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub. -ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb. Nazirin əmri ilə Seymur Mahmudlu DSMF-nin Strateji planlaşdırma və investisiyalar departamentini
29 aprel