"Ermənistan təxribatlarlarına davam edərsə Qarabağda yenidən antiterror əməliyyatlarına başlayacağıq" - DEPUTAT
Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, Ermənistan tərəfi təxribatlarları ilə bir daha sübut etdi o, heç bir beynəlxalq sənədə və razılaşmaya hörmət etmir:
"Görünür, Ermənistan rəhbərliyini xalqının taleyi deyil də, havadarlarının göstərişi daha önəmlidir. Ermənistan hər zaman törətdiyi təxribatların cavabını ən ağır şəkildə alıb. Bundan sonra da almağa davam edəcək. Mən Ermənistana 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətini unutmamağı məsləhət görürəm".
Deputat vurğulayıb ki, bu gün Ermənistana havadarlıq edən ölkələr öz məqsədləri üçün regionda vəziyyəti yenidən gərginləşdirməyə və sülh müqaviləsinə maneə olmağa çalışırlar:
"Bunun üçün də hələ də Qarabağdan çıxarılmayan erməni terrorçularından istifadə edirlər. Təəssüf ki, iki ildən çoxdur ki, Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri icra etmir. Əksinə Qarabağda erməni terrorçularını sayının artmasına və onların rahat şəkildə təxribatlar törətməsinə şərait yaradırlar. Əlbəttə bu yolverilməzdir. Ermənistan unutmasın ki, "Dəmir yumruq" yerinədir və hər an işə düşə bilər. Düşünürəm ki, Ermənistan təxribatlarlarına davam edərsə Azərbaycan yenidən Qarabağda antiterror əməliyyatlarına başlayacaq. Allah şəhidlərimizə rəhmət eləsin".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Kamran Əsədovun 3 il həbsi tələb edildi
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"