Özünü vəzifəli şəxsin kürəkəni kimi təqdim edən Valeh sabiq məmurları necə aldadıb? (FOTO)

Özünü vəzifəli şəxsin kürəkəni kimi təqdim edən Valeh sabiq məmurları necə aldadıb? (FOTO)Bakıda özünü vzifəli şəxsin kürəkəni kimi təqdim edib keçmiş vəzifəli şəxsləri işə düzəldəcəyinə söz verən şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 5 avqust 1984-cü ildə Astara rayonu, Təngərüd kəndində anadan olmuş Valeh Şəkərov (soyad şərti) bir neçə vətəndaşın etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib.

Məhkəmənin qərarı ilə Valeh Cinayət Məcəlləsinin 66.3-cü maddəsi təqsirli bilinib və qəti olaraq 6 il 8 ay 12 gün azadlıqdan məhrum edilib.

O əvvəlcə "Günəş" Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin Oruc adlı sahibini Ədliyyə Nazirliyində çalışan Tamara adlı həyat yoldaşı vasitəsi ilə aldadıb. Valeh 2014-2015-ci ilər ərzində Oruca söz verib ki, rəhbəri olduğu qurumun Şəmkir rayonu ərazisində yerləşən 1,5 hektar torpaq sahəsini özəlləşdirə bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin rəhbər vəzifəli şəxsləri ilə birbaşa münasibəti var. Bu yolla Orcun həyat yoldaşı Tamaradan 40 min manat alaraq mənimsəyib.

Bundan başqa Valeh Oruc və həyat yoldaşı Tamaraya məxsus "Günəş" Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzini 1.000.000 manata satacağına söz verib. Bunun üçün onlardan etibarnamə alıb. Daha sonra təqsirləndirilən şəxs etibarnamədən istifadə edərək mərkəzin sənədlərini düzəltmək adı altında başqa bir tanışından 65 min manat pul alaraq mənimsəyib.

Valeh Təhsil Nazirliyinin özəl universitetlər üzrə keçmiş kuratoru İlyar Vahabovu da qardaşı vasitəsi ilə aldadıb. Belə ki, özünü sahibkar kimi təqdim edən və vəzifəli şəxslərlə əlaqədə olduğunu deyən Valeh İlyar Vahabovu Təhsil Nazirliyinə şöbə müdiri vəzifəsinə təyin etdirəcəyinə söz verib və 2017-ci ildən 2019-cu ilin aprel ayınadək ümumilikdə 100 min manat pul alıb.
Özünü vəzifəli şəxsin kürəkəni kimi təqdim edən Valeh sabiq məmurları necə aldadıb? (FOTO)İlyar Vahabov

6 il Siyəzən rayon Mərkəzi poliklinikasının baş həkimi vəzifəsində çalışmış Əhməd Quliyev də Valehin qurbanı olub. Belə ki, Siyəzəndən Bakıya gediş-gəliş çətin olduğundan Əhməd Quliyev 2021-ci ilin mart ayında işdən şəxsi istəyi ilə çıxıb. Bundan sonra işsiz qalan həkim yenidən vəzifə sevdasına düşüb və buna görə Valehlə görüşüb.
Özünü vəzifəli şəxsin kürəkəni kimi təqdim edən Valeh sabiq məmurları necə aldadıb? (FOTO)O, həkimə özünü yüksək vəzifəli şəxsin kürəkəni kimi təqdim edərək onu Bakı şəhəri 6 nömrəli Birləşmiş Şəhər və ya Abşeron rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edəcəyinə söz verib. Buna görə, Əhməd Quliyevi 45.200 manat rüşvət qismində verilməsinə inandırıb. Həkim həmin vəsaiti ona verib.
Özünü vəzifəli şəxsin kürəkəni kimi təqdim edən Valeh sabiq məmurları necə aldadıb? (FOTO)Əhməd Quliyev

Valeh həmçinin 2017-ci ilin iyulun 14-də Novxanı qəsəbəsi ərazisində Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına "Makarov" markalı tapança ilə 3 dəfə atəş açdığına görə həbs edilən Sumqayıt şəhər sakini Novruzov Eldar Ağabala oğlunu azadlığa buraxdıracağına söz verərək ailəsindən 32 min manat alaraq mənimsəyib. O, Eldar Novruzovun cinayət məsuliyyətindən azad edilib həbsdən buraxılması üçün prokurorluğun rəhbər şəxslərinə 32 min manat verməli olduğuna qarşı tərəfi inandırıb.

Valeh məhkəmə iclasında özünü göstərilən faktlar üzrə təqsirli bilməyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1710   Tarix: 12 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

7 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

8 noyabr
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr