"Qoç ət"də faciəvi şəkildə ölən xadiməyə görə sexin müdiri həbs edildi
"Qoç ət" KFT MMC-yə məxsus olan və Qaradağ rayonunda yerləşən kəsim sexində xadimənin elektrik ətqarışdırıcı qurğuya düşərək ölməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə şirkətin kəsim sexinin müdiri, 1979-cu il təvəllüdlü Vüsal Babayev Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma - ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, hadisə baş verərkən kəsim sexində xadimə kimi çalışan 1982-ci il təvəllüdlü Pirməmmədova Rəqsanə Azad qızı qurğunun tam söndürülməsi şəraitində iş görməli olsa da, həmin vaxt elektrik mikseri elektrikə qoşulu olub. Qadın cihazın ətrafını təmizləyərkən o, miksero toxunub və avadanlığın içinə düşərək hərəkət edən ətqarışdırıcının içində hissələrə bölünüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məhkəmədə mərhum R.Pirməmmədovanın həyat yoldaşı onun hadisədən təxminən 15-20 gün əvvəl kəsim sexində işləməyə başladığını deyib. O, qarşı tərəflə barışdığını şirkətə və onun kəsim sexinin müdirinə qarşı şikayət və tələbinin olmadığını deyib.
Qaradağ Rayon Məhkəməsi Vüsal Babayevi Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cəza 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3719 Tarix: 12 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrMənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrAzərbaycanda bu şəxslərə 200 manat veriləcək
Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini
8 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrSabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi
6 noyabr