Avtoxuliqanlıq görüntülərini sosial şəbəkədə yayan sürücülər saxlanıldılar - FOTO/VİDEO

Avtoxuliqanlıq görüntülərini sosial şəbəkədə yayan sürücülər saxlanıldılar - FOTO/VİDEOBalakəndə avtomobilində konstruksiya dəyişikliyi edən, qaydaları pozan sürücü polisin qanuni tələbinə məhəl qoymadığı üçün inzibati həbs olunub.

Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirdikləri tədbirlər zamanı kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, sürücülük hüququ olmadan avtomobil idarə edən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən sürücüləri müəyyən edib.

Qanunvericiliyin tələbləri onlara izah edilib və avtomobillər özlərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.
Keçirilən tədbirlər zamanı istifadələrində olan VAZ-2107 markalı avtomobillərdə konstruksiya dəyişikliyi edən, şəhər ərazisində kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olan və bu əməllərini sosial şəbəkələrdə paylaşan rayon sakinləri Yusif Əzizov və Tural Məmmədov da saxlanılıblar. Yoxlama zamanı məsuliyyətdən yayınmağa çalışan Yusif Əzizov polis əməkdaşının qanuni tələbinə məhəl qoymayıb və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Hər iki şəxs polis şöbəsinə dəvət edilib, T.Məmmədov barəsində inzibati tənbeh tədbiri görülüb, Y.Əzizov barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə o,10 sutka inzibati həbs olunub.

Avtoxuliqanlıq görüntülərini sosial şəbəkədə yayan sürücülər saxlanıldılar - FOTO/VİDEOAvtoxuliqanlıq görüntülərini sosial şəbəkədə yayan sürücülər saxlanıldılar - FOTO/VİDEOAvtoxuliqanlıq görüntülərini sosial şəbəkədə yayan sürücülər saxlanıldılar - FOTO/VİDEOAvtoxuliqanlıq görüntülərini sosial şəbəkədə yayan sürücülər saxlanıldılar - FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1342   Tarix: 14 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr