Milli Məclisdə qadın müharibə veteranları ilə görüş keçirilib

Milli Məclisdə qadın müharibə veteranları ilə görüş keçirilibMilli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin nümayəndələri ilə görüşüblər.

Sonxeber.az xəbər verir ki, görüş iştirakçıları, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova veteran qadınları salamlayaraq, bildirib ki, ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına hər zaman böyük hörmət və ehtiram göstərilib. O, veteranların hər birinin vətənpərvərliyinin gələcək nəsillər üçün örnək olduğunu deyib, Vətənimizin müdafiəsində göstərdikləri şücaətlərə görə onları təqdir edib.
Komitə sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni işğalçıları üzərində qazandığı möhtəşəm  Zəfərin xalqımıza böyük qürur hissi bəxş etdiyini bildirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına daim diqqət və qayğı göstərdiklərini vurğulayıb. Hicran Hüseynova dövlətimiz tərəfindən bu kateqoriyadan olan insanların həyat şəraitinin, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirlərin həyata keçirildiyini qeyd edib.

"Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin sədri Radə Abbas səmimi görüşə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi Birlik haqqında məlumat verib, qurum tərəfindən görülən işlər barədə danışıb.

Tədbirdə çıxış edən müharibə veteranları Gülnarə Cabbarova, Ceyran Əzizova, Səriyyə Cabbarova, Gülpəri Əhmədova, Əntiqə Qonaqova şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara dövlət səviyyəsində göstərilən dəstəkdən danışaraq, ölkə rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər. Xanım veteranlar keçdikləri döyüş yolu, müharibədən sonrakı fəaliyyətləri barədə söhbət açıblar, həyata keçirdikləri layihələrdən bəhs ediblər, bəzi arzu və istəklərini səsləndiriblər.

Görüşdə müharibə veteranlarını narahat edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələrdə qaldırılan məsələlərin hərtərəfli araşdırılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı qeyd olunub.
Tədbirdə deputatlardan Jalə Əhmədova, Sevinc Fətəliyeva, Sevinc Hüseynova, Səbinə Xasayeva, Aqiyə Naxçıvanlı, müharibə veteranları Sevil Hüseynova, Mətanət Məhərrəmova, Nailə Ələkbərova, Roza Hacıyeva, Səkinə Həmidova və digər rəsmi şəxslər iştirak ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 776   Tarix: 14 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

8 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

7 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Afaq Bəşirqızı 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində şəhidlərin ruhuna ehtiramını ifadə edib, qazilərə can sağlığı arzulayıb və torpaqlarımızın azad olunmasından danışıb

6 noyabr